Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ABŞ Dövlət Departamenti Şuşada əzəldən azərbaycanlıların yaşadığını təsdiq edib
04.10.10 18:25

ABŞ Dövlət Departamenti ermənilərin işğal etdiyi Şuşa şəhərində əzəldən azərbaycanlıların yaşadığını təsdiq edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında qeyd olunub. Məqalədə deyilir ki, 1992-ci ilin mayında erməni qoşunları Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlılar yaşayan tarixi paytaxtı Şuşa şəhərini və Laçın rayonunu işğal etmişlər. Məqalədə qeyd olunur ki, işğalı genişləndirən erməni ordusu 1993-cü ilin oktyabrında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı yeddi rayonunu da zəbt edərək nəzarətə götürmüşdür. Dövlət Departamentinin saytında deyilir: “Erməni qoşunları irəlilədikcə 100 minlərlə azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilmişdir. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası hərbi əməliyyatlara son qoymağa, işğalçı qoşunların zəbt etdiyi əraziləri azad etməyə, regionda beynəlxalq humanitar yardımın həyata keçirilməsini maneəsiz təmin etməyə və sülhü dəstəkləmə qüvvələrinin yerləşdirilməsinə çağırmışdır”.
URL / WWW
http://kelam.az/article/a-2120.html