Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BDU-da beynəlxalq konfrans keçirildi
22.09.10 19:15

Bu gün Bakı Dövlət Universitetində (BDU) Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) “Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası” mövzusunda beynəlxalq konfrans keçirildi. Bir sıra türk  dövlətlərinin nümayəndələri, eləcə də universitetin  tələbə, müəllim və professor heyətinin iştirakı ilə keçirilən konfransda çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov TürkPA-nın yaranması və onun fəaliyyəti barədə məlumat verib.
Türkdilli ölkələr arasında mövcud əməkdaşlıqdan bəhs edən A.Məhərrəmov bir sıra təkliflərlə çıxış edib. Bu ölkələr arasında təhsil, elmi-mədəni əməkdaşlığın daha da genişləndirilməsinin zərurilyini vurğulayan A.Məhərrəmov təklif edib ki,  türkdilli ölkələr arasında ortaq danışıq dili olmalıdır. Türk dövlətlərinin  universitetləri ilə əməkdaşlıqdan bəhs edən A.Məhhərəmov qardaş ölkələrdə diplomların qaşılıqlı tanınmasının vacibliyini önə çəkib. Diplomların tanınmasında bəzi problemlərin mövcudluğunu diqqətə çatdıran rektor bir neçə ali təhsil ocaqları ilə şərikili diplomların verilməsi prosesi üzərində iş apardıqlarını da vurğulayıb.
Konfransda dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası ilə bağlı Qazaxıstan, Türkiyə və Azərbaycan modeli ilə bağlı müzakirələrin aparılacağını söyləyən TürkPA-nın Baş katibi Ramil Həsənov ümid etdiyini vurğuladı ki, bu müzakirələrdə  uğurlu nəticələr əldə olunacaq.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev parlametin beynəlxalq əlaqələrindən  bəhs edib. O,Azərbaycan parlamentinin 8 beynəlxalq parlamentlərarası təşkilatla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. 
Türkiyə Böyük Millət Məclisinin  (TBMM) Aparat rəhbəri Sadəttin Kalkan isə qeyd edib ki, TBMM-də 12 beynəlxalq komissiya fəaliyyət göstərir. Onun sözlərinə görə, TBMM 102 ölkənin parlamentində  dostluq qrupları ilə əməkdaşlıq edir.
Qazaxıstan Parlamentinin Aparat rəhbərinin müavini Berik Arın təmsil olunduğu qurumun beynəlxal əməkdaşlığı, TürkPA-nın əhəmiyyəti və digər məsələlərdən bəhs edib. O, gələcəkdə Türkmənistan və Özbəkistanın da TürkPA-ya qoşulacağını söyləyib.
Qeyd edək ki, sonra qonaqlar BDU tələbələrini maraqlandıran suallara cavab verib.
URL / WWW
http://kelam.az/article/a-2051.html