Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    BDU-da beynəlxalq konfrans keçirildi
    Bu gün Bakı Dövlət Universitetində (BDU) Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) “Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası” mövzusunda beynəlxalq konfrans keçirildi. Bir sıra türk  dövlətlərinin nümayəndələri, eləcə də universitetin  tələbə, müəllim və professor heyətinin iştirakı ilə keçirilən konfransda çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov TürkPA-nın yaranması və onun fəaliyyəti barədə məlumat verib.
    Türkdilli ölkələr arasında mövcud əməkdaşlıqdan bəhs edən A.Məhərrəmov bir sıra təkliflərlə çıxış edib. Bu ölkələr arasında təhsil, elmi-mədəni əməkdaşlığın daha da genişləndirilməsinin zərurilyini vurğulayan A.Məhərrəmov təklif edib ki,  türkdilli ölkələr arasında ortaq danışıq dili olmalıdır.

    Türk dövlətlərinin  universitetləri ilə əməkdaşlıqdan bəhs edən A.Məhhərəmov qardaş ölkələrdə diplomların qaşılıqlı tanınmasının vacibliyini önə çəkib. Diplomların tanınmasında bəzi problemlərin mövcudluğunu diqqətə çatdıran rektor bir neçə ali təhsil ocaqları ilə şərikili diplomların verilməsi prosesi üzərində iş apardıqlarını da vurğulayıb.
    Konfransda dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası ilə bağlı Qazaxıstan, Türkiyə və Azərbaycan modeli ilə bağlı müzakirələrin aparılacağını söyləyən TürkPA-nın Baş katibi Ramil Həsənov ümid etdiyini vurğuladı ki, bu müzakirələrdə  uğurlu nəticələr əldə olunacaq.
    Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev parlametin beynəlxalq əlaqələrindən  bəhs edib. O,Azərbaycan parlamentinin 8 beynəlxalq parlamentlərarası təşkilatla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. 
    Türkiyə Böyük Millət Məclisinin  (TBMM) Aparat rəhbəri Sadəttin Kalkan isə qeyd edib ki, TBMM-də 12 beynəlxalq komissiya fəaliyyət göstərir. Onun sözlərinə görə, TBMM 102 ölkənin parlamentində  dostluq qrupları ilə əməkdaşlıq edir.
    Qazaxıstan Parlamentinin Aparat rəhbərinin müavini Berik Arın təmsil olunduğu qurumun beynəlxal əməkdaşlığı, TürkPA-nın əhəmiyyəti və digər məsələlərdən bəhs edib. O, gələcəkdə Türkmənistan və Özbəkistanın da TürkPA-ya qoşulacağını söyləyib.
    Qeyd edək ki, sonra qonaqlar BDU tələbələrini maraqlandıran suallara cavab verib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 480
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30