Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müşavirəsi keçiriləcək
21.09.10 02:24

Sabah Dövlət Rus Dram Teatrında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Müşavirə “Respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə 2009/2010-cu tədris ilinin yekunları” mövzusuna həsr olunacaq. Müşavirədə respublikamızda bədii təhsilin inkişafı, uşaq və gənclərin keyfiyyətli təhsilə yiyələnməsi sahəsində qarşıda duran vəzifələr, 2009/2010-cu tədris ilində uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyəti, nailiyyətlər, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışılacaq.
URL / WWW
http://kelam.az/article/a-2025.html