Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müşavirəsi keçiriləcək
Sabah Dövlət Rus Dram Teatrında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər.
Müşavirə “Respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə 2009/2010-cu tədris ilinin yekunları” mövzusuna həsr olunacaq.
Müşavirədə respublikamızda bədii təhsilin inkişafı, uşaq və gənclərin keyfiyyətli təhsilə yiyələnməsi sahəsində qarşıda duran vəzifələr, 2009/2010-cu tədris ilində uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyəti, nailiyyətlər, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışılacaq.