Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Hazırda jurnalistikanın seçki prosesinə təsiri güclü deyil”
17.09.10 19:22

Hazırda Azərbaycan jurnalistikasının seçki prosesinə təsiri o qədər də güclü deyil. Ən azı mətbuatın seçkinin nəticələrini dəyişmək imkanları yox dərəcəsindədir. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. Onun sözlərinə görə, 10 il əvvəl mətbuat seçki prosesinə indkindən daha intensiv təsir edə bilirdi, nəinki indi. “Hətta bu, o vaxt nəticələrə də öz təsirini göstərirdi. Amma, bu gün mətbuatın seçki prosesinə təsir imkanlarının məhdud olması o demək deyil ki, mətbuat bu prosesdən kənarda qalmalıdır. Azərbaycanda seçki prosesinin işıqlandırılması ilə bağlı uzun illər problemlər mövcud olub. Bu da ondan irəli gəlir ki, ölkədə qəzetlər müxtəlif qütblərə bölünüb. İstər müxalifət, istərsə də iqtidar seçki zamanı öz prizmalarını mətbuatlarında əks etdiriblər. Belə məqamlarda obyektivlik və peşəkarlıq təbii ki, arxa plana keçirdi. Amma, son illərin təcrübəsi göstərir ki, bu problemlər müəyyən dərəcədə aradan qalxır. Müşahidələr onu deməyə əsas verir ki, son bələdiyyə seçkilərnin işıqlandırılması zamanı jurnalistlərin peşəkarlığı daha çox diqqəti cəlb etdi. Eyni zamanda son vaxtlar müəyyən QHT-lər jurnalistlər arasında seçki prosesinin obyektiv işıqlandırılması ilə bağlı müxtəlif seminarlar keçirirlər. Bu istənilən halda jurnalsitin bu yöndə maariflənməsinə xidmət edir. Bu zaman əcnəbi jurnalistlərin də təcrübələri öyrənilir. Hesab edirəm ki, seçkilər prosesi kimi ağır siyasi prosesdə obyektiv olmaq üçün jurnalistlərə eyni zamanda maarifçilik təbliğatını da aparmaq lazımdır. Son günlər belə təbliğatın aparılması gələcək seçkilərə pozitiv ümidlər bəsləməyə əsas verir”,-deyə JAM sədri bildirib.

Bu informasiya Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti ilə həyata keçirilən layihə çərçivəsində yayılır.
URL / WWW
http://kelam.az/article/a-2022.html