Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Hazırda jurnalistikanın seçki prosesinə təsiri güclü deyil”
    Hazırda Azərbaycan jurnalistikasının seçki prosesinə təsiri o qədər də güclü deyil. Ən azı mətbuatın seçkinin nəticələrini dəyişmək imkanları yox dərəcəsindədir. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. Onun sözlərinə görə, 10 il əvvəl mətbuat seçki prosesinə indkindən daha intensiv təsir edə bilirdi, nəinki indi. “Hətta bu, o vaxt nəticələrə də öz təsirini göstərirdi. Amma, bu gün mətbuatın seçki prosesinə təsir imkanlarının məhdud olması o demək deyil ki, mətbuat bu prosesdən kənarda qalmalıdır. Azərbaycanda seçki prosesinin işıqlandırılması ilə bağlı uzun illər problemlər mövcud olub. Bu da ondan irəli gəlir ki, ölkədə qəzetlər müxtəlif qütblərə bölünüb.

    İstər müxalifət, istərsə də iqtidar seçki zamanı öz prizmalarını mətbuatlarında əks etdiriblər. Belə məqamlarda obyektivlik və peşəkarlıq təbii ki, arxa plana keçirdi. Amma, son illərin təcrübəsi göstərir ki, bu problemlər müəyyən dərəcədə aradan qalxır. Müşahidələr onu deməyə əsas verir ki, son bələdiyyə seçkilərnin işıqlandırılması zamanı jurnalistlərin peşəkarlığı daha çox diqqəti cəlb etdi. Eyni zamanda son vaxtlar müəyyən QHT-lər jurnalistlər arasında seçki prosesinin obyektiv işıqlandırılması ilə bağlı müxtəlif seminarlar keçirirlər. Bu istənilən halda jurnalsitin bu yöndə maariflənməsinə xidmət edir. Bu zaman əcnəbi jurnalistlərin də təcrübələri öyrənilir. Hesab edirəm ki, seçkilər prosesi kimi ağır siyasi prosesdə obyektiv olmaq üçün jurnalistlərə eyni zamanda maarifçilik təbliğatını da aparmaq lazımdır. Son günlər belə təbliğatın aparılması gələcək seçkilərə pozitiv ümidlər bəsləməyə əsas verir”,-deyə JAM sədri bildirib.

    Bu informasiya Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti ilə həyata keçirilən layihə çərçivəsində yayılır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 504
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30