Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hacı Surxay: “Ramazan insanların barışıq ayıdır”
13.08.10 16:36

Ramazan ayının ilk günündə İçəri Şəhərdə yerləşən Cümə məscidi bayram havası var idi. KƏLAMİNFO xəbər verir ki, məsciddə insanlar kütləvi şəkildə şam namazı qılırdılar. Oruc tutan insanlar üçün təqribən 150 nəfərlik iftar süfrəsi açılvışdı. İftar süfrəsindən sonra xüsusi olaraq Ramazan ayının özünə məxsus duaları oxundu.
Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Ramazan ayının fəzilətlərindən danışdı, insanlara dəyərli məsləhətlər verdi. Onun sözlərinə görə, on bir ayın sultanı olan Ramazan ayı insanların dostluq, barışıq, dözümlülük, saflıq və paklıq ayıdır.
Cümə məscidinin axundu söylədi ki, oruc tutan bir insan, oruc tutmayan insan haqqında pis fikirdə olmamalı, buna əlavə olaraq da oruc tutmayan bir insan oruc tutan insanın yanında yeyib-içməməli, bu şəkildə ona hörmət etməlidir. Xüsusilə iftar vaxtları azanın oxunmasını gözləyən və mədəsi aclıqdan qovrulmuş orucluların yanında, azan oxunmadan yeməyə başlayan insanların oruc tutanlara hörməti mədəniyyətlə səbr etmək və iftardan sonra yemək onlara qarşı ən azı hörmətdir. “Ramazan sözünün mənası yandırmaq mənasındadır. Hər bir insan əgər günahlarnı yandıra bilirsə, bağışlatdıra bilirsə, məhz bu müqəddəs Ramazan ayında Allah-Təala yanında öz günahlarını bağışlatdırır və Allahın hüzurunda tövbə edir. Allah-Təala özü vədə verir: “Ey insanlar orucluq mənim ayımdır. Hər kim oruc tutsa mənə qonaq gəlir. Hər kim bu ayın izzətini, hörmətini əziz tutsa, saxlasa mən onu mükafatlandıraram”,- -deyə Hacı Surxay söyləyib.
Hacı Surxay Məmmədli əlavə edib ki, bu ay ac qalan, Allahın razılığını əldə etmək üçün oruc tutan insan aclığın və susuzluğun qədrini bilir. Axund söyləyib ki, bunlar hamısı Ramazan ayının bərəkətidir. Əgər bu ayda insan özünü bağışlatdıra bilmirsə, digər aylarda da da özünü bağışlatdıra bilməz. Bu müqəddəs ay ən azı ondan ibarətdir ki, insanlar ehtiyacı olan adamlara kömək göstərməlidir, validiyenlərini, qohum qəbilələrini axtarmalıdırlar. Bu cür işlər insanın imanı, kamilliyini yüksəlməsinə gətirib çıxarır. Qurani-Kərimdə deyilir: “Allah yanında hörmətli o kəslərdir ki, onların təqvaları, Allahdan qorxmaları var”.
Məhz Ramazan ayı insanın bioloji varlığı, zahiri mədəsi ac qalmağı ilə yox, insan küllü halda bütün bədən üzüvlərini Allah-Təalaya təslim etməli və haramdan qorunmalıdır.  Hacı Surxay Ramazan ayında isanlar tərəfindən məscidlərdə ehsan verilməsi təcrübəsinin Azərbaycan gəncləri üçün də böyük örnək olduğunu bildirdi.
URL / WWW
http://kelam.az/article/a-1783.html