Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Hacı Surxay: “Ramazan insanların barışıq ayıdır”
    Ramazan ayının ilk günündə İçəri Şəhərdə yerləşən Cümə məscidi bayram havası var idi. KƏLAMİNFO xəbər verir ki, məsciddə insanlar kütləvi şəkildə şam namazı qılırdılar. Oruc tutan insanlar üçün təqribən 150 nəfərlik iftar süfrəsi açılvışdı. İftar süfrəsindən sonra xüsusi olaraq Ramazan ayının özünə məxsus duaları oxundu.
    Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Ramazan ayının fəzilətlərindən danışdı, insanlara dəyərli məsləhətlər verdi. Onun sözlərinə görə, on bir ayın sultanı olan Ramazan ayı insanların dostluq, barışıq, dözümlülük, saflıq və paklıq ayıdır.
    Cümə məscidinin axundu söylədi ki, oruc tutan bir insan, oruc tutmayan insan haqqında pis fikirdə olmamalı, buna əlavə olaraq da oruc tutmayan bir insan oruc tutan insanın yanında yeyib-içməməli, bu şəkildə ona hörmət etməlidir. Xüsusilə iftar vaxtları azanın oxunmasını gözləyən və mədəsi aclıqdan qovrulmuş orucluların yanında, azan oxunmadan yeməyə başlayan insanların oruc tutanlara hörməti mədəniyyətlə səbr etmək və iftardan sonra yemək onlara qarşı ən azı hörmətdir.

    “Ramazan sözünün mənası yandırmaq mənasındadır. Hər bir insan əgər günahlarnı yandıra bilirsə, bağışlatdıra bilirsə, məhz bu müqəddəs Ramazan ayında Allah-Təala yanında öz günahlarını bağışlatdırır və Allahın hüzurunda tövbə edir. Allah-Təala özü vədə verir: “Ey insanlar orucluq mənim ayımdır. Hər kim oruc tutsa mənə qonaq gəlir. Hər kim bu ayın izzətini, hörmətini əziz tutsa, saxlasa mən onu mükafatlandıraram”,- -deyə Hacı Surxay söyləyib.
    Hacı Surxay Məmmədli əlavə edib ki, bu ay ac qalan, Allahın razılığını əldə etmək üçün oruc tutan insan aclığın və susuzluğun qədrini bilir. Axund söyləyib ki, bunlar hamısı Ramazan ayının bərəkətidir. Əgər bu ayda insan özünü bağışlatdıra bilmirsə, digər aylarda da da özünü bağışlatdıra bilməz. Bu müqəddəs ay ən azı ondan ibarətdir ki, insanlar ehtiyacı olan adamlara kömək göstərməlidir, validiyenlərini, qohum qəbilələrini axtarmalıdırlar. Bu cür işlər insanın imanı, kamilliyini yüksəlməsinə gətirib çıxarır. Qurani-Kərimdə deyilir: “Allah yanında hörmətli o kəslərdir ki, onların təqvaları, Allahdan qorxmaları var”.
    Məhz Ramazan ayı insanın bioloji varlığı, zahiri mədəsi ac qalmağı ilə yox, insan küllü halda bütün bədən üzüvlərini Allah-Təalaya təslim etməli və haramdan qorunmalıdır.  Hacı Surxay Ramazan ayında isanlar tərəfindən məscidlərdə ehsan verilməsi təcrübəsinin Azərbaycan gəncləri üçün də böyük örnək olduğunu bildirdi.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 775
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30