Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Vətəndaş Maarifləndirilməsi” İB sorğu keçirib
29.07.10 17:00

Cari ilin iyun-iyul aylarında “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Bakı şəhəri və Bakı kəndlərində “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində növbəti sorgusunu həyata keçirib. “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu layihə çərçivəsində respondentlərə adət-ənənələrin nə dərəcədə yaşadılmasının öyrənilməsi ilə bağlı bir neçə sual verilib. Ümumilikdə 500 nəfər arasında keçirilən rəy sorğusuna 280 nəfər qadın cəlb edilib ki, bu da ümumi respondentlərin 56%-ni təşkil edib. Sorguda iştirak edən 220 nəfər isə əks tərəfin cinsinə mənsub olub.“Bu gün bizim milli adət-ənənələrin mövcud durumunu necə dəyərləndirərdiniz?” sualına respondentlərin 139 nəfəri “milli adət-ənənələrdən çox şey itirilməkdədir, 44 nəfəri “milli adət-ənənələrdən çox şey yaşanmaqdadır”, 214 nəfəri “milli adət-ənənələrdən bir qismi unudulsa da, əksəriyyəti qorunmaqdadır”, 83 nəfəri “milli adət-ənənələrimiz tamamilə unudulub”, 20 nəfəri isə “cavab verməyə çətinlik çəkirəm” cavablarını qeyd ediblər. “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin yaşadılmasına ehtiyac varmı?” sualına rəyi soruşulanların 272 nəfəri “bəli”, 43 nəfəri “xeyr”, 185 nəfəri isə “yalnız zamanə ilə uygunlaşanları yaşatmaq lazımdır” cavablarını veriblər. Respondentlərin 38 nəfəri “Toy və yas mərasimlərinin hazırki durumu sizi nə dərəcədə qane edir?” sualına “tamamilə qane edir”, 278 nəfəri “tamamilə qane etmir”, 31 nəfəri “nisbətən qane edir”, 153 nəfəri “nisbətən qane etmir” cavabları ilə kifayətləniblər. Sorgunun sonuncu “Toy və yas mərasimlərinin keçirilməsi qaydalarının tənzimlənməsi üçün müvafiq qanunvericiliyin olmasına münasibətiniz necədir?” sualına respondentlərin 353 nəfəri “müsbət”, 92 nəfəri “mənfi”, 45 nəfəri “orta” cavabını veriblər. Yalnız rəyi soruşulanların 10 nəfəri bu suala cavab verməyə çətinlik çəkiblər. Sorğu əsasında əldə edilən cavablara istinadən belə nəticəyə gəlmək olar ki, Azərbaycan xalqı özünün milli adət-ənənələrinə hörmətlə yanaşır, min illərdən süzülüb gəlmiş adətlərini itirmək istəmir və həyatlarının bütün sahələrində milli adət-ənənələrini yaşatmağa çalışır.
URL / WWW
http://kelam.az/article/a-1728.html