Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Vətəndaş Maarifləndirilməsi” İB sorğu keçirib
    Cari ilin iyun-iyul aylarında “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Bakı şəhəri və Bakı kəndlərində “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində növbəti sorgusunu həyata keçirib. “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu layihə çərçivəsində respondentlərə adət-ənənələrin nə dərəcədə yaşadılmasının öyrənilməsi ilə bağlı bir neçə sual verilib. Ümumilikdə 500 nəfər arasında keçirilən rəy sorğusuna 280 nəfər qadın cəlb edilib ki, bu da ümumi respondentlərin 56%-ni təşkil edib. Sorguda iştirak edən 220 nəfər isə əks tərəfin cinsinə mənsub olub.

    “Bu gün bizim milli adət-ənənələrin mövcud durumunu necə dəyərləndirərdiniz?” sualına respondentlərin 139 nəfəri “milli adət-ənənələrdən çox şey itirilməkdədir, 44 nəfəri “milli adət-ənənələrdən çox şey yaşanmaqdadır”, 214 nəfəri “milli adət-ənənələrdən bir qismi unudulsa da, əksəriyyəti qorunmaqdadır”, 83 nəfəri “milli adət-ənənələrimiz tamamilə unudulub”, 20 nəfəri isə “cavab verməyə çətinlik çəkirəm” cavablarını qeyd ediblər. “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin yaşadılmasına ehtiyac varmı?” sualına rəyi soruşulanların 272 nəfəri “bəli”, 43 nəfəri “xeyr”, 185 nəfəri isə “yalnız zamanə ilə uygunlaşanları yaşatmaq lazımdır” cavablarını veriblər. Respondentlərin 38 nəfəri “Toy və yas mərasimlərinin hazırki durumu sizi nə dərəcədə qane edir?” sualına “tamamilə qane edir”, 278 nəfəri “tamamilə qane etmir”, 31 nəfəri “nisbətən qane edir”, 153 nəfəri “nisbətən qane etmir” cavabları ilə kifayətləniblər. Sorgunun sonuncu “Toy və yas mərasimlərinin keçirilməsi qaydalarının tənzimlənməsi üçün müvafiq qanunvericiliyin olmasına münasibətiniz necədir?” sualına respondentlərin 353 nəfəri “müsbət”, 92 nəfəri “mənfi”, 45 nəfəri “orta” cavabını veriblər. Yalnız rəyi soruşulanların 10 nəfəri bu suala cavab verməyə çətinlik çəkiblər. Sorğu əsasında əldə edilən cavablara istinadən belə nəticəyə gəlmək olar ki, Azərbaycan xalqı özünün milli adət-ənənələrinə hörmətlə yanaşır, min illərdən süzülüb gəlmiş adətlərini itirmək istəmir və həyatlarının bütün sahələrində milli adət-ənənələrini yaşatmağa çalışır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 644
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30