Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Spiker Oqtay Əsədov Cenevrədə bir sıra ikitərəfli görüşlər keçirib
21.07.10 17:26

Cenevrədə parlament spikerlərinin 3-cü Ümumdünya konfransında iştirak edən Milli Məclisin sədri Oqtay Əsədov tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Milli Məclisin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Qazaxıstan Senatının sədri Kasım Jomart Tokayevlə görüşdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi məsələləri diqqət mərkəzində olub. Qeyd olunub ki, tarixi köklərlə bir-birinə çox yaxın və bağlı olan xalqlarımız ölkə başçılarımızın səyi və iradəsi sayəsində daha dərin münasibətlər çərçivəsində öz əlaqələrini yüksələn xətlə inkişaf etdirməkdədir. Qazaxıstan senatının sədri türkdilli xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsində TürkPA-nın fəaliyyətinə böyük inam bəsləndiyini vurğulayıb, bu qurumun Bakıda keçirilmiş tədbirlərinin yüksək səviyyədə təşkilinə görə O.Əsədova minnətdarlığını bildirib. O, TürkPA-nın Qazaxıstanda nəzərdə tutulan növbəti konfransının 2011-ci ilin martında keçirilməsinə dair Azərbaycan tərəfinin razılığını istəyib. O.Əsədov görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini önə çəkib. Bildirib ki, hazırda ATƏT-ə sədrlik edən Qazaxıstan münaqişənin ədalətli həllinə öz töhfəsini verəcək. Milli Məclis sədrinin digər görüşü Belarus Milli Məclisinin Respublika Şurasının sədri Anatoli Rubinov ilə olub. O.Əsədov ötən il Belarusa səfərini xatırladıb və bu cür səfərlərin parlamentlərarası əlaqələrin inkişafında mühüm mərhələ açdığını söyləyib. A.Rubinov Belarus xalqına və dövlətinə göstərdiyi dəstəyə və köməyə görə Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığını bildirib. Görüşdə ikitərəfli münasibətlərin daha da inkişafı, parlamentlərarası əlaqələr, iqtisadi, ticari, mədəni və xüsusilə elm sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Spiker O.Əsədovun digər görüşü Lüksemburq Böyük Hersoqluğu Nümayəndələr Palatasının sədri Loran Mozar ilə olub. Milli Məclisin sədri qeyd edib ki, dövlətlərimiz və parlamentlərimiz arasında yaxşı ikitərəfli əlaqələr mövcuddur. Niderland Krallığı Senatının sədri Rene Van Der Lindenlə görüşdə isə bir sıra qarşılıqlı maraq doğuran məsələlərə toxunulub. Qeyd olunub ki, Rene Van Der Linden AŞ PA-nın sədri olarkən həmişə ədalətli mövqe nümayiş etdirib, Azərbaycanın haqq işinə dəstək verib.
URL / WWW
http://kelam.az/article/a-1682.html