Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Spiker Oqtay Əsədov Cenevrədə bir sıra ikitərəfli görüşlər keçirib
    Cenevrədə parlament spikerlərinin 3-cü Ümumdünya konfransında iştirak edən Milli Məclisin sədri Oqtay Əsədov tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Milli Məclisin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Qazaxıstan Senatının sədri Kasım Jomart Tokayevlə görüşdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi məsələləri diqqət mərkəzində olub. Qeyd olunub ki, tarixi köklərlə bir-birinə çox yaxın və bağlı olan xalqlarımız ölkə başçılarımızın səyi və iradəsi sayəsində daha dərin münasibətlər çərçivəsində öz əlaqələrini yüksələn xətlə inkişaf etdirməkdədir.

    Qazaxıstan senatının sədri türkdilli xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsində TürkPA-nın fəaliyyətinə böyük inam bəsləndiyini vurğulayıb, bu qurumun Bakıda keçirilmiş tədbirlərinin yüksək səviyyədə təşkilinə görə O.Əsədova minnətdarlığını bildirib. O, TürkPA-nın Qazaxıstanda nəzərdə tutulan növbəti konfransının 2011-ci ilin martında keçirilməsinə dair Azərbaycan tərəfinin razılığını istəyib. O.Əsədov görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini önə çəkib. Bildirib ki, hazırda ATƏT-ə sədrlik edən Qazaxıstan münaqişənin ədalətli həllinə öz töhfəsini verəcək. Milli Məclis sədrinin digər görüşü Belarus Milli Məclisinin Respublika Şurasının sədri Anatoli Rubinov ilə olub. O.Əsədov ötən il Belarusa səfərini xatırladıb və bu cür səfərlərin parlamentlərarası əlaqələrin inkişafında mühüm mərhələ açdığını söyləyib. A.Rubinov Belarus xalqına və dövlətinə göstərdiyi dəstəyə və köməyə görə Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığını bildirib. Görüşdə ikitərəfli münasibətlərin daha da inkişafı, parlamentlərarası əlaqələr, iqtisadi, ticari, mədəni və xüsusilə elm sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Spiker O.Əsədovun digər görüşü Lüksemburq Böyük Hersoqluğu Nümayəndələr Palatasının sədri Loran Mozar ilə olub. Milli Məclisin sədri qeyd edib ki, dövlətlərimiz və parlamentlərimiz arasında yaxşı ikitərəfli əlaqələr mövcuddur. Niderland Krallığı Senatının sədri Rene Van Der Lindenlə görüşdə isə bir sıra qarşılıqlı maraq doğuran məsələlərə toxunulub. Qeyd olunub ki, Rene Van Der Linden AŞ PA-nın sədri olarkən həmişə ədalətli mövqe nümayiş etdirib, Azərbaycanın haqq işinə dəstək verib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 479
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30