Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » TBMM Azərbaycanın milli mənafeyinə zidd olan hər hansı bir qərar qəbul etməyəcək
29.10.09 22:00

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Murad Mərcanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı parlamentdən veriblər. O.Əsədov qonaqları səmimi salamlayaraq bu cür səfərlərin parlamentlərarası və həyatın digər sahələrində əməkdaşlığın dərinləşməsinə müsbət impuls verdiyini bildirib. Qeyd edib ki, son dövrdə Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarla əlaqədar yaranan narahatlıq artıq aradan qaldırılıb. O.Əsədov bildirib ki, heç bir qüvvə Azərbaycan-Türkiyə münasibətlərinə kölgə sala bilməz. İki dost və qardaş xalqlar arasında mövcud münasibətlərin dünyada analoqu olmadığını diqqətə çatdıran spiker Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dediyi kimi biz “bir millət iki dövlətik”. “Biz inanırıq ki, TBMM təzyiqlərə baxmayaraq, Azərbaycanın milli mənafeyinə zidd olan hər hansı bir qərar qəbul etməz. Azərbaycan-Türkiyə dostluğu sarsılmaz və əbədidir”,-deyə O.Əsədov əlavə edib. M.Mərcan Azərbaycana səfərindən söz açaraq, bu torpaqlarda iki dost xalqın bayraqlarının dalğalanmasından qürur duyduğunu diqqətə çatdırıb. O,Azərbaycan prezidenti İlham Əliyevlə tərəfləri maraqlandıran məsələlər ətrafında apardıqları geniş fikir mübadiləsindən məmnun qaldığını bildirib. Komissiya sədri Türkiyəli millət vəkillərinin Azərbaycanı incidəcək hər-hansı bir qərara razılıq verməyəcəklərini dilə gətirib. O, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan parlamentində söylədikləri fikirlərin arxasında dayandığını və hər zaman Azərbaycanın yanında olduqlarını bir daha bəyan edib. M.Mərcan başçılıq etdiyi komissiyanın tərkibində müxtəlif partiyaların nümayəndələrinin olmasına baxmayaraq, millət vəkillərinin bu məsələdə eyni fikirdə olduqlarını söyləyib. Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, Türkiyə və Ermənistan arasında protokolların imzalanmasından sonra bölgədə yaranmış vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Cənubi Qafqazda sülhün bərqərar olması və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin komitə sədrləri Səməd Seyidov, Əli Hüseynov, TBMM-nin Xarici əlaqələr komissiyasının üzvləri, Türkiyənin ölkəmizdəki səfiri Hülusi Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-164.html