Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    TBMM Azərbaycanın milli mənafeyinə zidd olan hər hansı bir qərar qəbul etməyəcək
    Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Murad Mərcanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı parlamentdən veriblər. O.Əsədov qonaqları səmimi salamlayaraq bu cür səfərlərin parlamentlərarası və həyatın digər sahələrində əməkdaşlığın dərinləşməsinə müsbət impuls verdiyini bildirib. Qeyd edib ki, son dövrdə Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarla əlaqədar yaranan narahatlıq artıq aradan qaldırılıb. O.Əsədov bildirib ki, heç bir qüvvə Azərbaycan-Türkiyə münasibətlərinə kölgə sala bilməz. İki dost və qardaş xalqlar arasında mövcud münasibətlərin dünyada analoqu olmadığını diqqətə çatdıran spiker Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dediyi kimi biz “bir millət iki dövlətik”.

    “Biz inanırıq ki, TBMM təzyiqlərə baxmayaraq, Azərbaycanın milli mənafeyinə zidd olan hər hansı bir qərar qəbul etməz. Azərbaycan-Türkiyə dostluğu sarsılmaz və əbədidir”,-deyə O.Əsədov əlavə edib. M.Mərcan Azərbaycana səfərindən söz açaraq, bu torpaqlarda iki dost xalqın bayraqlarının dalğalanmasından qürur duyduğunu diqqətə çatdırıb. O,Azərbaycan prezidenti İlham Əliyevlə tərəfləri maraqlandıran məsələlər ətrafında apardıqları geniş fikir mübadiləsindən məmnun qaldığını bildirib. Komissiya sədri Türkiyəli millət vəkillərinin Azərbaycanı incidəcək hər-hansı bir qərara razılıq verməyəcəklərini dilə gətirib. O, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan parlamentində söylədikləri fikirlərin arxasında dayandığını və hər zaman Azərbaycanın yanında olduqlarını bir daha bəyan edib. M.Mərcan başçılıq etdiyi komissiyanın tərkibində müxtəlif partiyaların nümayəndələrinin olmasına baxmayaraq, millət vəkillərinin bu məsələdə eyni fikirdə olduqlarını söyləyib. Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, Türkiyə və Ermənistan arasında protokolların imzalanmasından sonra bölgədə yaranmış vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Cənubi Qafqazda sülhün bərqərar olması və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin komitə sədrləri Səməd Seyidov, Əli Hüseynov, TBMM-nin Xarici əlaqələr komissiyasının üzvləri, Türkiyənin ölkəmizdəki səfiri Hülusi Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 731
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30