Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » PA-nın şöbə müdiri: “Hillari Klintonun Azərbaycana səfəri 18 il bundan əvvəlki səfərdən tamamilə fərqlənir”
30.06.10 19:04

ABŞ-ın Dağlıq Qarabağ probleminə, münaqişənin gələcək həllinə münasibəti və Amerikanın problemə prioritet məsələ kimi yanaşması maraqlıdır. Həmçinin bu ölkənin Dövlət Katibinin Azərbaycana səfəri ölkələrimiz arasında ötən illərdə mövcud olmuş münasibətlərin təhlili, gələcək işlərin planlaşdırılması anlamında sözsüz ki, əhəmiyyətlidir. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.O, qeyd edib ki, rəsmi Bakı bu səfərə böyük əhəmiyyət verir. Ə.Həsənovun sözlərinə görə, ABŞ Dövlət Katibi Hillari Klinton səfər zamanı prezident İlham Əliyev, ölkənin digər rəsmiləri və həmçinin mətbuatla keçirilən görüşlərində Azərbaycan-ABŞ münasibətlərinə baxışları, ABŞ-ın bu sahəyə münasibətini birinci əldən Azərbaycan vətəndaşlarına çatdıracaq. “ABŞ-ın Azərbaycanla münasibətlərində əsas olaraq prioritet götürdüyü təhlükəsizlik, enerji təhlükəsizliyi, demokratiya, insan haqları məsələləri Azərbaycan tərəfindən də qəbul olunub. Biz həmin prioritetləri eyni ilə qəbul edirik, lakin bizim üçün ilk növbədə əsas məsələ Dağlıq Qarabağ probleminin həllinə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına ABŞ-ın bir fövqəldövlət kimi münasibətidir. Ona görə Azərbaycan xarici aləmlə bütün münasibətlərini Dağlıq Qarabağ probleminə həmin ölkənin münasibəti üzərində qurur. Biz ABŞ-la münasibətləri enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə, beynəlxalq sülhyaratma proseslərində birgə iştirak, demokratiya və insan haqları sahəsində əməkdaşlıqla yanaşı, Dağlıq Qarabağ probleminin həllinə bu ölkənin münasibətini və Dağlıq Qarabağ problemi ətrafında bu ölkənin apardığı işi nəzərə alaraq qururuq. Hər halda H.Klintonun səfəri 18 il bundan əvvəlki səfərdən tamamilə fərqlənir. O zaman Azərbaycan bir müstəqil dövlət kimi hələ tam formalaşmamışdı, Azərbaycanın daxili, xarici siyasətinin prioritetləri, xarici aləmlə münasibətlərinin strategiyası, taktikası bəlli deyildi. O zaman bu görüşlər sadəcə təsadüfi görüş xarakteri daşıyırdı və xarici aləm Azərbaycan dövlətini öyrənirdi. Amma bu gün Azərbaycan formalaşmış bir dövlətdir, özünün daxili və xarici maraqları formalaşıb, xarici siyasətinin, daxili siyasətinin prioritetləri mövcuddur. Ona görə də bugünkü vəziyyətdə Azərbaycanın xarici aləmlə təmasları tamamilə təsadüfi deyil, planlıdır”-deyə, PA-nın şöbə müdiri açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-1538.html