Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    PA-nın şöbə müdiri: “Hillari Klintonun Azərbaycana səfəri 18 il bundan əvvəlki səfərdən tamamilə fərqlənir”
    ABŞ-ın Dağlıq Qarabağ probleminə, münaqişənin gələcək həllinə münasibəti və Amerikanın problemə prioritet məsələ kimi yanaşması maraqlıdır. Həmçinin bu ölkənin Dövlət Katibinin Azərbaycana səfəri ölkələrimiz arasında ötən illərdə mövcud olmuş münasibətlərin təhlili, gələcək işlərin planlaşdırılması anlamında sözsüz ki, əhəmiyyətlidir. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

    O, qeyd edib ki, rəsmi Bakı bu səfərə böyük əhəmiyyət verir. Ə.Həsənovun sözlərinə görə, ABŞ Dövlət Katibi Hillari Klinton səfər zamanı prezident İlham Əliyev, ölkənin digər rəsmiləri və həmçinin mətbuatla keçirilən görüşlərində Azərbaycan-ABŞ münasibətlərinə baxışları, ABŞ-ın bu sahəyə münasibətini birinci əldən Azərbaycan vətəndaşlarına çatdıracaq. “ABŞ-ın Azərbaycanla münasibətlərində əsas olaraq prioritet götürdüyü təhlükəsizlik, enerji təhlükəsizliyi, demokratiya, insan haqları məsələləri Azərbaycan tərəfindən də qəbul olunub. Biz həmin prioritetləri eyni ilə qəbul edirik, lakin bizim üçün ilk növbədə əsas məsələ Dağlıq Qarabağ probleminin həllinə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına ABŞ-ın bir fövqəldövlət kimi münasibətidir. Ona görə Azərbaycan xarici aləmlə bütün münasibətlərini Dağlıq Qarabağ probleminə həmin ölkənin münasibəti üzərində qurur. Biz ABŞ-la münasibətləri enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə, beynəlxalq sülhyaratma proseslərində birgə iştirak, demokratiya və insan haqları sahəsində əməkdaşlıqla yanaşı, Dağlıq Qarabağ probleminin həllinə bu ölkənin münasibətini və Dağlıq Qarabağ problemi ətrafında bu ölkənin apardığı işi nəzərə alaraq qururuq. Hər halda H.Klintonun səfəri 18 il bundan əvvəlki səfərdən tamamilə fərqlənir. O zaman Azərbaycan bir müstəqil dövlət kimi hələ tam formalaşmamışdı, Azərbaycanın daxili, xarici siyasətinin prioritetləri, xarici aləmlə münasibətlərinin strategiyası, taktikası bəlli deyildi. O zaman bu görüşlər sadəcə təsadüfi görüş xarakteri daşıyırdı və xarici aləm Azərbaycan dövlətini öyrənirdi. Amma bu gün Azərbaycan formalaşmış bir dövlətdir, özünün daxili və xarici maraqları formalaşıb, xarici siyasətinin, daxili siyasətinin prioritetləri mövcuddur. Ona görə də bugünkü vəziyyətdə Azərbaycanın xarici aləmlə təmasları tamamilə təsadüfi deyil, planlıdır”-deyə, PA-nın şöbə müdiri açıqlayıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 505
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30