Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev İsmayıllı rayonuna səfər edib
30.10.09 02:55

Bu gün prezident İlham Əliyev İsmayıllı rayonuna səfərə gedib. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk olaraq İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Dövlət başçısı açılışı bildirən lenti kəsib və mərkəzlə tanış olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndərin həyatını əks etdirən sərgi-ekspozisiya zalına, Heydər Əliyev irsini Araşdırma Mərkəzinə, elektron kitabxanaya, kitabxanaya, kompyuter otaqlarına, konfrans zalına baxıb. Dövlət başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Sonra prezident İlham Əliyev İsmayıllı rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, bu istirahət ocağı ümummilli liderin anadan olmasının 75 illiyi ilə əlaqədar 1998-ci ildən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı adlandırılıb. Parkın ərazisində Azərbaycanda ilk dəfə olaraq 1500 kvadratmetr sahədə yapon mütəxəssisləri tərəfindən “Yapon bağı” salınıb. Prezident İlham Əliyev və xanımı “Yapon bağı”nı gəziblər. Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki “Yapon bağı” haqqında, eləcə də burada əkilmiş sakura ağacları barədə məlumat verib. Dövlət başçısı və xanımı Uşaq Yaradıcılıq Mərkəzi ilə tanış olub. Uzun müddət fəaliyyətsiz qalan üçmərtəbəli mərkəz tamamilə yenidən qurulub, mebel və digər lazımi avadanlıqla təchiz olunub. Sonra dövlət başçısı və xanımı ümumi sahəsi 360 kvadratmetr olan Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olublar. Muzeyin tamamilə yenidən qurulan binasında 2 ekspozisiya zalı və bir konfrans salonu var. Prezident İlham Əliyev parkda idman-əyləncə klubu ilə də tanış olub. Dövlət başçısı bilyard oynayıb. Prezident İlham Əliyev mədəniyyət və istirahət parkındakı digər əyləncə qurğularına da baxıb.
URL / WWW
http://kelam.az/article/a-153.html