Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Prezident İlham Əliyev İsmayıllı rayonuna səfər edib
    Bu gün prezident İlham Əliyev İsmayıllı rayonuna səfərə gedib. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk olaraq İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Dövlət başçısı açılışı bildirən lenti kəsib və mərkəzlə tanış olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndərin həyatını əks etdirən sərgi-ekspozisiya zalına, Heydər Əliyev irsini Araşdırma Mərkəzinə, elektron kitabxanaya, kitabxanaya, kompyuter otaqlarına, konfrans zalına baxıb. Dövlət başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Sonra prezident İlham Əliyev İsmayıllı rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub.

    Dövlət başçısına məlumat verilib ki, bu istirahət ocağı ümummilli liderin anadan olmasının 75 illiyi ilə əlaqədar 1998-ci ildən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı adlandırılıb. Parkın ərazisində Azərbaycanda ilk dəfə olaraq 1500 kvadratmetr sahədə yapon mütəxəssisləri tərəfindən “Yapon bağı” salınıb. Prezident İlham Əliyev və xanımı “Yapon bağı”nı gəziblər. Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki “Yapon bağı” haqqında, eləcə də burada əkilmiş sakura ağacları barədə məlumat verib. Dövlət başçısı və xanımı Uşaq Yaradıcılıq Mərkəzi ilə tanış olub. Uzun müddət fəaliyyətsiz qalan üçmərtəbəli mərkəz tamamilə yenidən qurulub, mebel və digər lazımi avadanlıqla təchiz olunub. Sonra dövlət başçısı və xanımı ümumi sahəsi 360 kvadratmetr olan Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olublar. Muzeyin tamamilə yenidən qurulan binasında 2 ekspozisiya zalı və bir konfrans salonu var. Prezident İlham Əliyev parkda idman-əyləncə klubu ilə də tanış olub. Dövlət başçısı bilyard oynayıb. Prezident İlham Əliyev mədəniyyət və istirahət parkındakı digər əyləncə qurğularına da baxıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 836
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30