Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hidayət Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda olub
25.06.10 01:27

Böyük Britaniyanın paytaxtı London şəhərində “Dinlərarası dialoq: Azərbaycan və konfliktin həlli” mövzusunda konfrans keçirilib. Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Böyük Britaniya Krallığının Lordlar Palatası və respublikamızın bu ölkədəki səfirliyinin dəstəyi ilə reallaşan konfransda ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-nin mətbuat xidmətindən veriblər. Lordlar Palatasında Lord Leyrdin rəhbərliyi ilə keçirilən konfrans müasir siyasi münaqişələrin aradan qaldırılmasında din adamlarının rolundan istifadə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ konfliktinin həlli yolları barədə fikir mübadiləsinə həsr olunub. Çıxışında o bildirib ki, erməni tərəfi Dağlıq Qarabağ münaqişəsi haqqında daim yalanlar uydurur, ona görə də Azərbaycan həqiqətlərinin müxtəlif sivil yollarla dünyaya yayılması çox vacibdir. Azərbaycanın dinlərarası dialoqda sağlam və fəal mövqe tutduğunu vurğulayan Leyrdin əlavə edib ki, Ermənistanın Azərbaycanın əleyhinə olan təbliğatı ölkə haqqında həqiqətlərin yetərincə yayılmasına mane olur. H.Orucov qeyd edib ki, respublikamızda tolerantlıq təkcə mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır. Onun sözlərinə görə, ölkəmizdəki dini dözümlülük ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq ölkə siyasətinin prioritet istiqamətinə çevrilib və hazırda prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Qeyd edək ki, sonda Deklarasiya qəbul edilib. Sənəddə bir sıra vacib məsələlərlə bərabər o da əks olunub ki, Dağlıq Qarabağ və ətraf yeddi rayonla bağlı konfliktə, bir milyona yaxın qaçqın və məcburi köçkünün acınacaqlı vəziyyətinə dünyanın diqqətinin cəlb edilməsinə yardım göstərilməli, beynəlxalq ictimaiyyət beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq konfliktin tezliklə və birdəfəlik həlli ilə nəticələnən sülh danışıqlarına cəlb olunmalıdır.
URL / WWW
http://kelam.az/article/a-1506.html