Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Hidayət Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda olub
    Böyük Britaniyanın paytaxtı London şəhərində “Dinlərarası dialoq: Azərbaycan və konfliktin həlli” mövzusunda konfrans keçirilib. Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Böyük Britaniya Krallığının Lordlar Palatası və respublikamızın bu ölkədəki səfirliyinin dəstəyi ilə reallaşan konfransda ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-nin mətbuat xidmətindən veriblər. Lordlar Palatasında Lord Leyrdin rəhbərliyi ilə keçirilən konfrans müasir siyasi münaqişələrin aradan qaldırılmasında din adamlarının rolundan istifadə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ konfliktinin həlli yolları barədə fikir mübadiləsinə həsr olunub.

    Çıxışında o bildirib ki, erməni tərəfi Dağlıq Qarabağ münaqişəsi haqqında daim yalanlar uydurur, ona görə də Azərbaycan həqiqətlərinin müxtəlif sivil yollarla dünyaya yayılması çox vacibdir. Azərbaycanın dinlərarası dialoqda sağlam və fəal mövqe tutduğunu vurğulayan Leyrdin əlavə edib ki, Ermənistanın Azərbaycanın əleyhinə olan təbliğatı ölkə haqqında həqiqətlərin yetərincə yayılmasına mane olur. H.Orucov qeyd edib ki, respublikamızda tolerantlıq təkcə mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır. Onun sözlərinə görə, ölkəmizdəki dini dözümlülük ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq ölkə siyasətinin prioritet istiqamətinə çevrilib və hazırda prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Qeyd edək ki, sonda Deklarasiya qəbul edilib. Sənəddə bir sıra vacib məsələlərlə bərabər o da əks olunub ki, Dağlıq Qarabağ və ətraf yeddi rayonla bağlı konfliktə, bir milyona yaxın qaçqın və məcburi köçkünün acınacaqlı vəziyyətinə dünyanın diqqətinin cəlb edilməsinə yardım göstərilməli, beynəlxalq ictimaiyyət beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq konfliktin tezliklə və birdəfəlik həlli ilə nəticələnən sülh danışıqlarına cəlb olunmalıdır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 504
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30