Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » DQİDK sədri Hidayət Orucovun başçılıq etdiyi nümayəndə heyəti Braziliyadan qayıdıb
04.06.10 02:33

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin qatıldığı BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumu başa çatıb. DQİDK-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Forumun işində 130 ölkə, beynəlxalq, regional və digər təşkilatlardan 2000-dən artıq siyasi lider, vətəndaş cəmiyyəti fəalları, müxtəlif fond və dini liderlər iştirak edib. On iki aktual mövzu üzrə keçirilən beynəlxalq tədbirdə Braziliya prezidenti Lula da Silva, BMT-nin Baş katibi Pan Gi Mun, Türkiyənin Baş naziri R.T.Ərdoğan, İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos, Sivilizasiyalararası Alyansın yüksək nümayəndəsi, Portuqaliyanın keçmiş prezidenti X.Sampayo və Qətər əmirinin xanımı Seyxa Moza bint Nasir əl-Misnəd və başqa rəsmi şəxslər çıxış ediblər. H.Orucov əsas plenar iclas sayılan “Nazirlərin görüşü”ndə çıxış edib, respublikamız barədə həqiqətləri və dövlət başçımızın apardığı siyasətin prioritet istiqamətlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb, dünyada özgə torpaqlarını işğal edən təcavüzkar ölkələrə haqq qazandırmaq meyillərini tənqid edib.Qeyd edək ki, Forumda Sivilizasiyaların Alyansı Uğrunda Qlobal Gənclər Hərəkatının fəaliyyətini müəyyənləşdirən Konsepsiya qəbul olunub və bu ilin oktyabr ayında Bakıda onun birinci konqresinin keçirilməsi qərarlaşdırılıb. Sonda Forumunun yekun sənədində mədəniyyətlərarası münasibətlərin daha da yaxşılaşdırılması, dünyada uzunmüddətli sülhə şərait yaratmaq üçün birgə əməkdaşlıq barədə ümumi razılıq əldə olunub.
URL / WWW
http://kelam.az/article/a-1376.html