Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    DQİDK sədri Hidayət Orucovun başçılıq etdiyi nümayəndə heyəti Braziliyadan qayıdıb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin qatıldığı BMT-nin Sivilizasiyalararası Alyansının III Qlobal Forumu başa çatıb. DQİDK-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Forumun işində 130 ölkə, beynəlxalq, regional və digər təşkilatlardan 2000-dən artıq siyasi lider, vətəndaş cəmiyyəti fəalları, müxtəlif fond və dini liderlər iştirak edib. On iki aktual mövzu üzrə keçirilən beynəlxalq tədbirdə Braziliya prezidenti Lula da Silva, BMT-nin Baş katibi Pan Gi Mun, Türkiyənin Baş naziri R.T.Ərdoğan, İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos, Sivilizasiyalararası Alyansın yüksək nümayəndəsi, Portuqaliyanın keçmiş prezidenti X.Sampayo və Qətər əmirinin xanımı Seyxa Moza bint Nasir əl-Misnəd və başqa rəsmi şəxslər çıxış ediblər. H.Orucov əsas plenar iclas sayılan “Nazirlərin görüşü”ndə çıxış edib, respublikamız barədə həqiqətləri və dövlət başçımızın apardığı siyasətin prioritet istiqamətlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb, dünyada özgə torpaqlarını işğal edən təcavüzkar ölkələrə haqq qazandırmaq meyillərini tənqid edib.

    Qeyd edək ki, Forumda Sivilizasiyaların Alyansı Uğrunda Qlobal Gənclər Hərəkatının fəaliyyətini müəyyənləşdirən Konsepsiya qəbul olunub və bu ilin oktyabr ayında Bakıda onun birinci konqresinin keçirilməsi qərarlaşdırılıb. Sonda Forumunun yekun sənədində mədəniyyətlərarası münasibətlərin daha da yaxşılaşdırılması, dünyada uzunmüddətli sülhə şərait yaratmaq üçün birgə əməkdaşlıq barədə ümumi razılıq əldə olunub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 405
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30