Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “İntellekt” İB region əhalisinin məktəbəqədər təhsil imkanlarını araşdırıb
25.05.10 17:22

“İntellekt” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Region əhalisinin sosial-iqtisadi problemlərinin öyrənilməsi və həllinin dəstəklənməsi” layihəsinin icrası çərçivəsində məktəbəqədər təhsil imkanlarını araşdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İntellekt” İctimai Birliyindən veriblər.
Araşdırma zamanı məlum olub ki, hazırda respublika üzrə 103.617 uşağı əhatə edən 1612 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 98.663 uşağı əhatə edən 1550 məktəbəqədər müəssisə Təhsil Nazirliyi sistemindədir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 məktəbəqədər xüsusi təhsil müəssisəsi, ümumi təyinatlı 9 müəssisədə 18 xüsusi təyinatlı qrup fəaliyyət göstərir. Bununla yanaşı, 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi də mövcuddur.
Təhsil Nazirliyinin sistemində olan məktəbəqədər təhsil müəssisələrindən 240 müəssisə özəlləşdirilməyə açıq elan edilib. Onlardan 113-ü Bakı şəhərinin payına düşür. Son məlumata görə respublika üzrə 83, o cümlədən Bakı şəhərində 47 məktəbəqədər müəssisə artıq özəlləşdirilib. Bundan başqa Təhsil Nazirliyi tərəfindən lisenziya almış 12 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 659 uşaq təlim-tərbiyə alır.
Ölkə üzrə məktəbəqədər yaşlı uşaqların sayı 656047 nəfərdir. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbi 15,8% təşkil edir.
Araşdırma zamanı məlum olub ki, bu gün məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının zəifliyi, əksər müəssisələrin əsaslı təmirə ehtiyacı olması, ölkə üzrə yaşayış məntəqələrinin 30 faizində məktəbəqədər təhsil müəssisələrinin olmaması, məktəbəqədər müəssisələrin 32 faizində məcburi köçkünlərin yerləşdirilməsi, pedaqoji kadrların hazırlıq səviyyəsinin aşağı olması, ölkə üzrə məktəbəqədər müəssisələrə uşaqların cəlbi faizinin aşağı olması, təlimdə texniki vasitələrin çatışmaması bu sahənin inkişafına mane olan amillərdəndir.
Qeyd olunan problemlərin aradan qaldırılması üçün “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı” (2007-2010-cu illər) icra olunur.
URL / WWW
http://kelam.az/article/a-1329.html