Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “İntellekt” İB region əhalisinin məktəbəqədər təhsil imkanlarını araşdırıb
    “İntellekt” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Region əhalisinin sosial-iqtisadi problemlərinin öyrənilməsi və həllinin dəstəklənməsi” layihəsinin icrası çərçivəsində məktəbəqədər təhsil imkanlarını araşdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İntellekt” İctimai Birliyindən veriblər.
    Araşdırma zamanı məlum olub ki, hazırda respublika üzrə 103.617 uşağı əhatə edən 1612 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

    98.663 uşağı əhatə edən 1550 məktəbəqədər müəssisə Təhsil Nazirliyi sistemindədir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 məktəbəqədər xüsusi təhsil müəssisəsi, ümumi təyinatlı 9 müəssisədə 18 xüsusi təyinatlı qrup fəaliyyət göstərir. Bununla yanaşı, 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi də mövcuddur.
    Təhsil Nazirliyinin sistemində olan məktəbəqədər təhsil müəssisələrindən 240 müəssisə özəlləşdirilməyə açıq elan edilib. Onlardan 113-ü Bakı şəhərinin payına düşür. Son məlumata görə respublika üzrə 83, o cümlədən Bakı şəhərində 47 məktəbəqədər müəssisə artıq özəlləşdirilib. Bundan başqa Təhsil Nazirliyi tərəfindən lisenziya almış 12 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 659 uşaq təlim-tərbiyə alır.
    Ölkə üzrə məktəbəqədər yaşlı uşaqların sayı 656047 nəfərdir. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbi 15,8% təşkil edir.
    Araşdırma zamanı məlum olub ki, bu gün məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının zəifliyi, əksər müəssisələrin əsaslı təmirə ehtiyacı olması, ölkə üzrə yaşayış məntəqələrinin 30 faizində məktəbəqədər təhsil müəssisələrinin olmaması, məktəbəqədər müəssisələrin 32 faizində məcburi köçkünlərin yerləşdirilməsi, pedaqoji kadrların hazırlıq səviyyəsinin aşağı olması, ölkə üzrə məktəbəqədər müəssisələrə uşaqların cəlbi faizinin aşağı olması, təlimdə texniki vasitələrin çatışmaması bu sahənin inkişafına mane olan amillərdəndir.
    Qeyd olunan problemlərin aradan qaldırılması üçün “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı” (2007-2010-cu illər) icra olunur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 590
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30