Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirəcək
21.05.10 20:09

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari il mayın 23-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə TQDK-nın Yoxlama-Ölçmə Materiallarının İşlənməsi şöbəsinin müdiri Tariyel Bədəlov jurnalistlərə açıqlamasında bildirib. T.Bədəlov keçiriləcək imtahanda 11041 abituriyentin iştirakının nəzərdə tutulduğunu vurğulayıb. “Bunlardan Bakı şəhərində 7648, Naxçıvanda 35, Gəncədə 1633, Sumqayıtda 584, Şəkidə 306, Lənkəranda 192 və Qubada 643 nəfər imtahan verəcək. İmtahanın idarə olunması üçün 80 imtahan rəhbəri, 777 nəzarətçi-müəllim cəlb olunub. İmtahan bütün şəhərlərdə saat 14.00-da başlayacaq. Qəbul qaydalarına uyğun olaraq mayın 23-də keçirilən “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini 2010-cu il mayın 14-nə kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər. “Elektron ərizə”lərini Sənəd Qəbulu Komissiyalarında (SQK) mayın 14-dən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə iyunun 20-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir. Abituriyentin “məqbul” qiymət alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Mayın 23-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlər də iyunun 20-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında təkrarən iştirak edə bilərlər”,-deyə T.Bədəlov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1313.html