Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    TQDK rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari il mayın 23-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə TQDK-nın Yoxlama-Ölçmə Materiallarının İşlənməsi şöbəsinin müdiri Tariyel Bədəlov jurnalistlərə açıqlamasında bildirib. T.Bədəlov keçiriləcək imtahanda 11041 abituriyentin iştirakının nəzərdə tutulduğunu vurğulayıb. “Bunlardan Bakı şəhərində 7648, Naxçıvanda 35, Gəncədə 1633, Sumqayıtda 584, Şəkidə 306, Lənkəranda 192 və Qubada 643 nəfər imtahan verəcək. İmtahanın idarə olunması üçün 80 imtahan rəhbəri, 777 nəzarətçi-müəllim cəlb olunub. İmtahan bütün şəhərlərdə saat 14.00-da başlayacaq. Qəbul qaydalarına uyğun olaraq mayın 23-də keçirilən “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini 2010-cu il mayın 14-nə kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər.

    “Elektron ərizə”lərini Sənəd Qəbulu Komissiyalarında (SQK) mayın 14-dən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə iyunun 20-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir. Abituriyentin “məqbul” qiymət alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Mayın 23-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlər də iyunun 20-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında təkrarən iştirak edə bilərlər”,-deyə T.Bədəlov əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 537
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30