Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Azərbaycan Dəmir Yolları” QSC üzrə 2010-cu ilin yaz əkin mövsümündə 22 min ədəd ağac və kol bitkiləri əkilib
18.05.10 23:30

Sumqayıt-Baş Güzdək mənzilində ting yetişdirmə məntəqəsinin yaradılması məqsədilə müəyyən edilən sahədə dəmir yolu müəssisələri və idarə aparatı işçilərinin iştirakı ilə keçirilən ağac əkmə kampaniyasında 4500 ağac əkilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nəqliyyat Nazirliyindən veriblər. Artıq 12,6 ha qoruyucu meşə zolağı bərpa edilib və işlər hazırda da davam etdirilməkdədir. Bu ərazinin qorunub saxlanması və suvarılması üçün 2 ədəd su maşını, 2 ədəd arx qazan traktorun alınması üçün hazırda lazımi tədbirlər həyata keçirilir. Ümumilikdə “Azərbaycan Dəmir Yolları” QSC üzrə 2010-cu ilin yaz əkin mövsümündə 22 min ədəd müxtəlif növdə ağac və kol bitkiləri əkilib. Bundan başqa “Ekologiya ili” ilə əlaqədar olaraq Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasının vaqon yuma estakadasının 39 qurğusunda deqazasiya sistemi bərpa olunaraq istismara verilib. Eyni zamanda Ələt Yuyucu Dezinfeksiyaedici stansiyasında vaqonların yuyulması və dezinfeksiya edilməsi üçün qazanxana yenidən qurulub. Burada “Taurus Dual” qazanı quraşdırılıb, isti suyun hazırlanması üçün 2 ədəd 1 tonluq “Boyler” və 100 kwt gücü olan “Esencok” nasosları quraşdırılaraq istismara verilib. Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC, AYİB ilə birgə Dəmir Yolu Nəqliyyatının və Ticarətin Dəstəklənməsi Layihəsi çərçivəsində ekoloji cəhətdən müasir standartlara cavab verən yeni lokomotivlərlə neft dağılmalarının qarşısının alınması və neft dağılmaları ilə mübarizə imkanlarının gücləndirilməsi üçün müvafiq avadanlığın təchiz edilməsini nəzərdə tutur.

Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-1282.html