Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Azərbaycan Dəmir Yolları” QSC üzrə 2010-cu ilin yaz əkin mövsümündə 22 min ədəd ağac və kol bitkiləri əkilib
    Sumqayıt-Baş Güzdək mənzilində ting yetişdirmə məntəqəsinin yaradılması məqsədilə müəyyən edilən sahədə dəmir yolu müəssisələri və idarə aparatı işçilərinin iştirakı ilə keçirilən ağac əkmə kampaniyasında 4500 ağac əkilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nəqliyyat Nazirliyindən veriblər. Artıq 12,6 ha qoruyucu meşə zolağı bərpa edilib və işlər hazırda da davam etdirilməkdədir. Bu ərazinin qorunub saxlanması və suvarılması üçün 2 ədəd su maşını, 2 ədəd arx qazan traktorun alınması üçün hazırda lazımi tədbirlər həyata keçirilir. Ümumilikdə “Azərbaycan Dəmir Yolları” QSC üzrə 2010-cu ilin yaz əkin mövsümündə 22 min ədəd müxtəlif növdə ağac və kol bitkiləri əkilib.

    Bundan başqa “Ekologiya ili” ilə əlaqədar olaraq Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasının vaqon yuma estakadasının 39 qurğusunda deqazasiya sistemi bərpa olunaraq istismara verilib. Eyni zamanda Ələt Yuyucu Dezinfeksiyaedici stansiyasında vaqonların yuyulması və dezinfeksiya edilməsi üçün qazanxana yenidən qurulub. Burada “Taurus Dual” qazanı quraşdırılıb, isti suyun hazırlanması üçün 2 ədəd 1 tonluq “Boyler” və 100 kwt gücü olan “Esencok” nasosları quraşdırılaraq istismara verilib. Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC, AYİB ilə birgə Dəmir Yolu Nəqliyyatının və Ticarətin Dəstəklənməsi Layihəsi çərçivəsində ekoloji cəhətdən müasir standartlara cavab verən yeni lokomotivlərlə neft dağılmalarının qarşısının alınması və neft dağılmaları ilə mübarizə imkanlarının gücləndirilməsi üçün müvafiq avadanlığın təchiz edilməsini nəzərdə tutur.

    Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 542
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30