Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda ATƏT-in Seçki Müşahidə Missiyasının tövsiyyələrinin yerinə yetirilməsinə həsr olunan Dəyirmi keçirildi
18.05.10 19:26

Bu gün ATƏT-in Bakı ofisi Azərbaycanda 2008-ci il prezident seçkilərini izləyən, qurumun Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsi (DTİHİ) Seçki Müşahidə Missiyasının tövsiyyələrinin yerinə yetirilməsinə həsr olunan Dəyirmi masa təşkil edib. KƏLAMİNFO xəbər verir ki, 17 siyasi partiya təmsilçisi və bir sıra QHT nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel bildirib ki, bu günkü müzakirələr zamanı seçki komissiyalarının tərkibi, namizədlərin ədalətli qeydiyyatı və seçki şikayətlərinin daha effektiv araşdırılması da daxil olmaqla, seçki administrasiyası məsələlərinə diqqət yetiriləcək. ATƏT/DTİHİ Seçki Departamentinin rəhbəri Nicolas Kaczorovski təmsil olunduğu qurumun Azərbaycanda 2008-ci il prezident seçkilərinin idarə edilməsinə dair tövsiyyələrini təqdim edib. O əlavə edib ki, təmsil olunduğu qurum seçki prosesini daha da təkmilləşdirmək üçün Azərbaycanın hakimiyyət orqanları və vətəndaş cəmiyyətinə yardım etməyə daima hazırdır. O, müstəqil seçki qurumunun yaradılması, seçki komissiyalarının sədr müavinlərinin müxalifət partiya təmsilçilərindən ibarət olması, ictimaiyyətin etibarını qazanan, şəffaf fəaliyət göstərən seçki qurumlarının formalaşdırılmasının tövsiyyə olunduğunu vurğulayıb. ATƏT rəsmisi seçki prosesləri ilə bağlı Gürcüstan təcrübəsindən də bəhs edib. Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov ölkəmizdə bu vaxta qədər keçirilən seçkilərdən bəhs edib. Görülən işlər və problemlərdən danışan N.Məmmədov qeyd edib ki, Azərbaycanda seçki prosesinin fəallığına mane olan amillərdən bir də Ermənistan tərəfindən işğal olunan ərazilərin vətəndaşlarının seçkilərdə davamiyyətinin aşağı olmasıdır. Seçki komissiyalarında çalışan nümayəndələrin bəzən öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilmədiklərini vurğulayan N.Məmmədov bildirib ki, əsas odur ki, komissiya üzvü müəyyən maraqlara xidmətdənsə, üzərinə düşən vəzifəni peşəkarcasına yerinə yetirsin. O, ölkəmizdə son dəfə keçirilən bələdiyyə seçkiləri və qarşıdakı parlament seçkilərinə də toxunub. Bildirib ki, parlament seçkisi ilə bağlı seçici siyahası dəqiqləşdirilərək yenidən çap olunması üzərində iş gedir və mayın sonunda prosesin başa çatdırlması nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-1275.html