Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bakıda ATƏT-in Seçki Müşahidə Missiyasının tövsiyyələrinin yerinə yetirilməsinə həsr olunan Dəyirmi keçirildi
    Bu gün ATƏT-in Bakı ofisi Azərbaycanda 2008-ci il prezident seçkilərini izləyən, qurumun Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsi (DTİHİ) Seçki Müşahidə Missiyasının tövsiyyələrinin yerinə yetirilməsinə həsr olunan Dəyirmi masa təşkil edib. KƏLAMİNFO xəbər verir ki, 17 siyasi partiya təmsilçisi və bir sıra QHT nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel bildirib ki, bu günkü müzakirələr zamanı seçki komissiyalarının tərkibi, namizədlərin ədalətli qeydiyyatı və seçki şikayətlərinin daha effektiv araşdırılması da daxil olmaqla, seçki administrasiyası məsələlərinə diqqət yetiriləcək.

    ATƏT/DTİHİ Seçki Departamentinin rəhbəri Nicolas Kaczorovski təmsil olunduğu qurumun Azərbaycanda 2008-ci il prezident seçkilərinin idarə edilməsinə dair tövsiyyələrini təqdim edib. O əlavə edib ki, təmsil olunduğu qurum seçki prosesini daha da təkmilləşdirmək üçün Azərbaycanın hakimiyyət orqanları və vətəndaş cəmiyyətinə yardım etməyə daima hazırdır. O, müstəqil seçki qurumunun yaradılması, seçki komissiyalarının sədr müavinlərinin müxalifət partiya təmsilçilərindən ibarət olması, ictimaiyyətin etibarını qazanan, şəffaf fəaliyət göstərən seçki qurumlarının formalaşdırılmasının tövsiyyə olunduğunu vurğulayıb. ATƏT rəsmisi seçki prosesləri ilə bağlı Gürcüstan təcrübəsindən də bəhs edib. Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov ölkəmizdə bu vaxta qədər keçirilən seçkilərdən bəhs edib. Görülən işlər və problemlərdən danışan N.Məmmədov qeyd edib ki, Azərbaycanda seçki prosesinin fəallığına mane olan amillərdən bir də Ermənistan tərəfindən işğal olunan ərazilərin vətəndaşlarının seçkilərdə davamiyyətinin aşağı olmasıdır. Seçki komissiyalarında çalışan nümayəndələrin bəzən öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilmədiklərini vurğulayan N.Məmmədov bildirib ki, əsas odur ki, komissiya üzvü müəyyən maraqlara xidmətdənsə, üzərinə düşən vəzifəni peşəkarcasına yerinə yetirsin. O, ölkəmizdə son dəfə keçirilən bələdiyyə seçkiləri və qarşıdakı parlament seçkilərinə də toxunub. Bildirib ki, parlament seçkisi ilə bağlı seçici siyahası dəqiqləşdirilərək yenidən çap olunması üzərində iş gedir və mayın sonunda prosesin başa çatdırlması nəzərdə tutulub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 462
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30