Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » Peyman Oğayat. Görəsən gözlərim satarmı məni
17.05.10 18:11

Sabah hüzuruna gələrəm sənin
Dilim deyəcəkdir yeni yalanlar
Qorxuram gözümə baxasan mənim
Oradan görünsün bütün olanlar.
Dilim şirin nağıl deyəcək sənə
Qulağım sevəcək dilim deyəni
Dilimə inanıb aldansan mənə
Görəsən gözlərim satarmı məni

Görəsən gözlərim deyərmi sənə
İnanma, aldanma yalandı, yalan
Düşmüşəm amansız ovçu əlinə
Sən də onun üçün sadəcə ovsan

Dilim aldatmağa sövq edər səni
Göz deyər dinləmə dilim deyəni.
URL / WWW
http://kelam.az/article/a-1269.html