Sabah hüzuruna gələrəm sənin Dilim deyəcəkdir yeni yalanlar Qorxuram gözümə baxasan mənim Oradan görünsün bütün olanlar. Dilim şirin nağıl deyəcək sənə Qulağım sevəcək dilim deyəni Dilimə inanıb aldansan mənə Görəsən gözlərim satarmı məni
Görəsən gözlərim deyərmi sənə İnanma, aldanma yalandı, yalan Düşmüşəm amansız ovçu əlinə Sən də onun üçün sadəcə ovsan
Dilim aldatmağa sövq edər səni Göz deyər dinləmə dilim deyəni.
|
|