Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » Peyman Oğayat. Ürəyimin gözlərini yummuşam
17.05.10 18:11

Ürəyimin gözlərini yummuşam
Xəbərsizdir əllərimi tutandan
Mən özümdən ürəksizlik ummuşam
Bir ürəksiz qucağımda yatandan.
Ürəyim tək gül üzlüm də bixəbər
Həyatımda olan ruhsuz sevgidən
Ruhum bədbəxt oldu canım bəxtəvər
Hissim oldu bədbəxtliyə sövq edən.

Sevə-sevə aldatmışam özümü
Sevə-sevə aldanmışam özümə
Ürəyimdən gizlətmişəm özümü
Ürəyim də baxmadı heç üzümü

Şeytan gözlərimə girdiyi gündən
Mən düşmüşəm ürəyimin gözündən.
URL / WWW
http://kelam.az/article/a-1268.html