Ürəyimin gözlərini yummuşam Xəbərsizdir əllərimi tutandan Mən özümdən ürəksizlik ummuşam Bir ürəksiz qucağımda yatandan. Ürəyim tək gül üzlüm də bixəbər Həyatımda olan ruhsuz sevgidən Ruhum bədbəxt oldu canım bəxtəvər Hissim oldu bədbəxtliyə sövq edən.
Sevə-sevə aldatmışam özümü Sevə-sevə aldanmışam özümə Ürəyimdən gizlətmişəm özümü Ürəyim də baxmadı heç üzümü
Şeytan gözlərimə girdiyi gündən Mən düşmüşəm ürəyimin gözündən.
|
|