Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Spiker O.Əsədov İran İslam Şurası Məclisinin Azərbaycanla dostluq qrupunun sədrini qəbul edib
28.04.10 03:36

Milli Məclisin sədri Oqtay Əsədov İran İslam Şurası Məclisinin Azərbaycanla dostluq qrupunun sədri Seyid Kazım Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisdən veriblər. Spiker O.Əsədov qonaqları salamlayaraq bu cür səfərlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib. O, cari ilin fevralında İranın Tehran və Təbriz şəhərlərinə səfərlərini xatırlayaraq orada keçirdiyi görüşlər və aparılan danışıqlardan məmnun qaldığını vurğulayıb. O.Əsədov bildirib ki, Azərbaycanla İran arasındakı münasibətlər dostluq və qardaşlıq təməli üzərində qurulub. “Azərbaycan Cənubi-Şərqi Asiyada özünəməxsus yer tutan İranla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Bu günədək dövlətlərimiz arasında 90-dan çox sənəd imzalanıb ki, bu da əlaqələrimizin hüquqi bazasını təşkil edir”,-deyə spiker vurğulayıb.Sədr parlamentlərin dövlətlərarası münasibətlərdə önəmli rol oynadığını diqqətə çatdıraraq hər iki ölkənin qanunvericilik orqanlarında parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hal hesab edib. Spiker Dağlıq Qarabağ münaqişənin həllində İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və problemin həllində vasitəçilik təklifini yüksək dəyərləndirib. Seyid Kazım Musəvi Azərbaycana səfərinin məqsədi və burada gördüklərindən danışıb. Bildirib ki, İran parlamentində müxtəlif komissiyalarda təmsil olunmuş deputatlar Azərbaycana səfərdən məmnundurlar. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin komitə sədri, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Eldar İbrahimov, İran İslam Respublikasının ölkəmizdəki səfiri Məmmədbağır Bəhrami və digər rəsmi şəxslər iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-1113.html