Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Spiker O.Əsədov İran İslam Şurası Məclisinin Azərbaycanla dostluq qrupunun sədrini qəbul edib
    Milli Məclisin sədri Oqtay Əsədov İran İslam Şurası Məclisinin Azərbaycanla dostluq qrupunun sədri Seyid Kazım Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisdən veriblər. Spiker O.Əsədov qonaqları salamlayaraq bu cür səfərlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib. O, cari ilin fevralında İranın Tehran və Təbriz şəhərlərinə səfərlərini xatırlayaraq orada keçirdiyi görüşlər və aparılan danışıqlardan məmnun qaldığını vurğulayıb. O.Əsədov bildirib ki, Azərbaycanla İran arasındakı münasibətlər dostluq və qardaşlıq təməli üzərində qurulub. “Azərbaycan Cənubi-Şərqi Asiyada özünəməxsus yer tutan İranla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Bu günədək dövlətlərimiz arasında 90-dan çox sənəd imzalanıb ki, bu da əlaqələrimizin hüquqi bazasını təşkil edir”,-deyə spiker vurğulayıb.

    Sədr parlamentlərin dövlətlərarası münasibətlərdə önəmli rol oynadığını diqqətə çatdıraraq hər iki ölkənin qanunvericilik orqanlarında parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hal hesab edib. Spiker Dağlıq Qarabağ münaqişənin həllində İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və problemin həllində vasitəçilik təklifini yüksək dəyərləndirib. Seyid Kazım Musəvi Azərbaycana səfərinin məqsədi və burada gördüklərindən danışıb. Bildirib ki, İran parlamentində müxtəlif komissiyalarda təmsil olunmuş deputatlar Azərbaycana səfərdən məmnundurlar. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin komitə sədri, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Eldar İbrahimov, İran İslam Respublikasının ölkəmizdəki səfiri Məmmədbağır Bəhrami və digər rəsmi şəxslər iştirak edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 508
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30