Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda MDB Dinlərarası Şurasının iclası keçirilib
26.04.10 17:48

Bakıda Təzəpir məscidinin konfrans zalında MDB Dinlərarası Şurasının iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə MDB ölkələrindən 17 dini lider, habelə xarici qonaqlar iştirak ediblər. MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə iclasda əsas məruzə ilə çıxış edib. A.Paşazadə bildirib ki, Şura Birlik ölkələri arasında ənənəvi mədəni-dini əlaqələrin həm inkişaf etdirilməsinə, həm də keyfiyyətcə yeni səviyyəyə qalxmasına nail ola bilib. Şeyxülislam dini zəmində qarşıdurmaların, dini radikalizmin, ksenofobiyanın, dindən siyasi məqsədlərlə istifadə olunmasının, ekstremistlərin və terrorçuların milli və dini dözümsüzlüyün qızışdırılması üçün dini şüarlardan istifadə etməsinin, habelə postsovet məkanında dini ekspansiyanın qarşısının alınması istiqamətində Şuranın uğurlu fəaliyyətini qeyd edib. O, birgə səylər nəticəsində çoxkonfessiyalı MDB məkanında millətlərarası həmrəyliyi, mədəniyyətlərarası dialoqu dərinləşdirə, bununla da cəmiyyətin birliyini qoruyub saxlaya bildiklərini vurğulayıb. A.Paşazadə 2004-cü ildə Dinlərarası Sülhyaratma Forumunun, 2006-cı ildə dünya dini liderlərinin Moskva sammitinin keçirilməsini diqqətə çatdırıb, bu tədbirlərin Birlik ölkələri dini liderlərinin müasir dünyanın problemlərinə konstruktiv yanaşma nümunəsi kimi qiymətləndirib. QMi-nin sədri MDB Dinlərarası Şurasının himayəsi ilə keçirilən dünya dini liderlərinin Bakı sammitinin şuranın dünya səviyyəsində nüfuzunun artmasına kömək edəcəyini vurğulayıb. A.Paşazadə MDB Dinlərarası Şurasının Nizamnaməsini rəhbər tutaraq şuranın yeni həmsədrini – Moskva və Bütün Rusiyanın Patriarxı Kirilli təqdim edib. Şeyxülislam bildirib ki, Patriarx Kirill sülhün bərqərar olması, həm MDB çərçivəsində, həm də dünya səviyyəsində milliyyətindən və dinindən asılı olmayaraq, bütün insanların qardaşlığı üçün böyük səy göstərir. Sonra şuranın yeni həmsədri, Rus Pravoslav kilsəsinin başçısı Kirill və Birlik ölkələri dini liderləri çıxış ediblər. Onlar MDB məkanında konfessiyalararası qarşılıqlı fəaliyyətin və əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi yollarını konstruktiv dialoq ruhunda müzakirə ediblər. İclas iştirakçıları qeyd ediblər ki, din qarşılıqlı anlaşma və etimad üçün möhkəm zəmin olmalıdır. Moskva Patriarxlığının kilsə və cəmiyyətin qarşılıqlı fəaliyyəti şöbəsinin sədri Vsevolod Çaplin MDB Dinlərarası Şurasının İcraiyyə Komitəsinin sədri, keşiş Georgi Roşşin MDB DŞ-nin İcraiyyə Komitəsinin əlaqələndirici katibi seçiliblər. MDB Dinlərarası Şurasının yeni üzvləri təqdim olunub.
URL / WWW
http://kelam.az/article/a-1105.html