Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bakıda MDB Dinlərarası Şurasının iclası keçirilib
    Bakıda Təzəpir məscidinin konfrans zalında MDB Dinlərarası Şurasının iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə MDB ölkələrindən 17 dini lider, habelə xarici qonaqlar iştirak ediblər. MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə iclasda əsas məruzə ilə çıxış edib. A.Paşazadə bildirib ki, Şura Birlik ölkələri arasında ənənəvi mədəni-dini əlaqələrin həm inkişaf etdirilməsinə, həm də keyfiyyətcə yeni səviyyəyə qalxmasına nail ola bilib.

    Şeyxülislam dini zəmində qarşıdurmaların, dini radikalizmin, ksenofobiyanın, dindən siyasi məqsədlərlə istifadə olunmasının, ekstremistlərin və terrorçuların milli və dini dözümsüzlüyün qızışdırılması üçün dini şüarlardan istifadə etməsinin, habelə postsovet məkanında dini ekspansiyanın qarşısının alınması istiqamətində Şuranın uğurlu fəaliyyətini qeyd edib. O, birgə səylər nəticəsində çoxkonfessiyalı MDB məkanında millətlərarası həmrəyliyi, mədəniyyətlərarası dialoqu dərinləşdirə, bununla da cəmiyyətin birliyini qoruyub saxlaya bildiklərini vurğulayıb. A.Paşazadə 2004-cü ildə Dinlərarası Sülhyaratma Forumunun, 2006-cı ildə dünya dini liderlərinin Moskva sammitinin keçirilməsini diqqətə çatdırıb, bu tədbirlərin Birlik ölkələri dini liderlərinin müasir dünyanın problemlərinə konstruktiv yanaşma nümunəsi kimi qiymətləndirib. QMi-nin sədri MDB Dinlərarası Şurasının himayəsi ilə keçirilən dünya dini liderlərinin Bakı sammitinin şuranın dünya səviyyəsində nüfuzunun artmasına kömək edəcəyini vurğulayıb. A.Paşazadə MDB Dinlərarası Şurasının Nizamnaməsini rəhbər tutaraq şuranın yeni həmsədrini – Moskva və Bütün Rusiyanın Patriarxı Kirilli təqdim edib. Şeyxülislam bildirib ki, Patriarx Kirill sülhün bərqərar olması, həm MDB çərçivəsində, həm də dünya səviyyəsində milliyyətindən və dinindən asılı olmayaraq, bütün insanların qardaşlığı üçün böyük səy göstərir. Sonra şuranın yeni həmsədri, Rus Pravoslav kilsəsinin başçısı Kirill və Birlik ölkələri dini liderləri çıxış ediblər. Onlar MDB məkanında konfessiyalararası qarşılıqlı fəaliyyətin və əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi yollarını konstruktiv dialoq ruhunda müzakirə ediblər. İclas iştirakçıları qeyd ediblər ki, din qarşılıqlı anlaşma və etimad üçün möhkəm zəmin olmalıdır. Moskva Patriarxlığının kilsə və cəmiyyətin qarşılıqlı fəaliyyəti şöbəsinin sədri Vsevolod Çaplin MDB Dinlərarası Şurasının İcraiyyə Komitəsinin sədri, keşiş Georgi Roşşin MDB DŞ-nin İcraiyyə Komitəsinin əlaqələndirici katibi seçiliblər. MDB Dinlərarası Şurasının yeni üzvləri təqdim olunub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 522
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30