Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana səfər proqramı açıqlanıb
24.04.10 04:52

Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana səfər proqramı açıqlanıb. KƏLAMİNFO Rus Pravoslav Kilsəsinin rəsmi internet saytına istinadən xəbər verir ki, patriarx Kiril Bakıya aprelin 24-də gələcək. Aprelin 25-də o, Jen-Mironosits kafedral kilsəsində ibadət keçirəcək. Həmin gün Kirill MDB Dinlərarası Şurasının iclasında, ertəsi gün isə dünya dini liderlərinin sammitində iştirak edəcək. Aprelin 26-da “Gülüstan” Sarayında patriax Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçiriləcək sammitə ənənəvi dünya dinlərinin nümayəndələri qatılacaq. Səfər çərçivəsində patriarx prezident İlham Əliyevlə də görüşəcək.
URL / WWW
http://kelam.az/article/a-1102.html