Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana səfər proqramı açıqlanıb
Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana səfər proqramı açıqlanıb. KƏLAMİNFO Rus Pravoslav Kilsəsinin rəsmi internet saytına istinadən xəbər verir ki, patriarx Kiril Bakıya aprelin 24-də gələcək.
Aprelin 25-də o, Jen-Mironosits kafedral kilsəsində ibadət keçirəcək. Həmin gün Kirill MDB Dinlərarası Şurasının iclasında, ertəsi gün isə dünya dini liderlərinin sammitində iştirak edəcək.
Aprelin 26-da “Gülüstan” Sarayında patriax Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçiriləcək sammitə ənənəvi dünya dinlərinin nümayəndələri qatılacaq.
Səfər çərçivəsində patriarx prezident İlham Əliyevlə də görüşəcək.