Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda Beynəlxalq Forum keçirilib
22.10.09 02:51

Bu gün Bakıda, Gülüstan sarayında Azərbaycanın uzunmüddətli sosial-iqitsadi inkişafına həsr olunmuş beynəlxalq Forum keçirilib. Forum Azərbaycanın Baş naziri Artur Rasizadə və Dünya Bankının (DB) sərəncamçı direktoru, xanım Nqozi Okonco-İveala sədrliyi ilə keçirilib. Forumda baş nazirin birinci müvavini Abid Şərifov son illər ölkə iqtisadiyyatında həyata keçirilən islahatlar, əldə edilən nəticələr və cari ilin 9 ayının yekunları ilə bağlı məruzə ilə çıxış edib. A.Şərifov cari ilin 9 ayında ölkədə Ümumi Daxili Məhsulun həcminin 6 dəfədən çox artdığını, infilyasiyanın isə cəmi 2% təşkil etdiyini diqqətə çatdırıb. Baş nazirin birinci müavini Dünya Bankının maliyyə yardımı ilə Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat verərək ölkə infrastrukturunun yenidənqurulmasında DB-nin rolunun böyük olduğunu bildirib. O, DB tərəfindən respublikada 50 layihə üçün 2,6 mlrd. ABŞ dolları həcmində maliyyənin ayrıldığını və bu günə qədər bunlardan 26-nın icrasının başa çatdırıldığını qeyd edib. Dünya Bankının sərəncamçı direktoru, xanım Nqozi Okonco-İveala Azərbaycana səfərinin məqsədinin maliyyə böhranının Cənubi Qafqaza təsiri məsələlərini müvafiq hökumətlər, inkişaf tərəfdaşları və vətəndaş cəmiyyəti ilə müzakirə etmək, böhrandan çıxış və davamlı iqtisadi artımın təmin edilməsi yollarını müəyyənləşdirməkdən ibarət olduğunu bildirib. O, qeyd edib ki, DB bu ölkələrin qarşısında duran vəzifələrin həllinə yardım göstərməyə çox fəal şəkildə cəlb olunub. “Bank Cənubi Qafqazda və dünyanın hər bir yerində insanların həyat şəraitinin yaxşılaşdırılmasına kömək edir. Biz birlikdə böhranının təsirini yumşalda və ölkələri yeni artım, inkişaf və sosial tərəqqi trayektoriyasına istiqamətləndirə bilərik”,-deyə Okonco-İveala söyləyib. Okonco-İveala səfər zamanı ölkə rəhbərliyi, yüksək səviyyəli hökumət rəsmiləri, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri ilə bir sıra görüşlərin keçirilməsinin planlaşdırıldığını da vurğulayıb. Forum zamanı Azərbaycanın qlobal miqyasda rəqabətə davamlı iqitsadiyyata malik olan yuxarı-orta gəlirli ölkəyə çevirilməsi üçün lazım olan məsələlər müzakirə edilib. DB rəsmisi bu Forumun həmçinin bankın Azərbaycanla 2011-2014-cü illər üzrə Tərəfdaşlıq Strategiyasının elementlərini müəyyənləşdirməyə kömək etdiyini əlavə edib. Qeyd edək ki, DB bu yaxınlarda Ermənistanla (iyun 2009) və Gürcüstanla (sentyabr 2009) Ölkə Tərəfdaşlıq Strategiyalarına (ÖTS) start verib. Hazırda bank Azərbaycanla yeni strategiya üzərində çalışır. Xatırladaq ki, bu günədək Dünya Bankı Ermənistana 54 layihə üçün təqribən 1,3 mlrd. ABŞ dolları, Gürcüstana ayrılan vəsaitin həcmi 46 layihə üçün təqribən 1,2 mlrd. ABŞ dolları təşkil edir. Azərbaycanla yeni ÖTS cari proqramın nəticə və nailiyyətlərinə əsaslanacaq. Hazırkı strategiya 2,2 mlrd. ABŞ dolları məbləğində investisiyaları nəzərdə tutur. Yeni strategiya hökumət və vətəndaş cəmiyyəti ilə sıx məsləhətləşmə şəraitində hazırlanacaq və ölkənin qısa və uzunmüddətli prioritetlərinə nail olunması məqsədini güdəcək.
URL / WWW
http://kelam.az/article/a-107.html