Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bakıda Beynəlxalq Forum keçirilib
    Bu gün Bakıda, Gülüstan sarayında Azərbaycanın uzunmüddətli sosial-iqitsadi inkişafına həsr olunmuş beynəlxalq Forum keçirilib. Forum Azərbaycanın Baş naziri Artur Rasizadə və Dünya Bankının (DB) sərəncamçı direktoru, xanım Nqozi Okonco-İveala sədrliyi ilə keçirilib. Forumda baş nazirin birinci müvavini Abid Şərifov son illər ölkə iqtisadiyyatında həyata keçirilən islahatlar, əldə edilən nəticələr və cari ilin 9 ayının yekunları ilə bağlı məruzə ilə çıxış edib. A.Şərifov cari ilin 9 ayında ölkədə Ümumi Daxili Məhsulun həcminin 6 dəfədən çox artdığını, infilyasiyanın isə cəmi 2% təşkil etdiyini diqqətə çatdırıb. Baş nazirin birinci müavini Dünya Bankının maliyyə yardımı ilə Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat verərək ölkə infrastrukturunun yenidənqurulmasında DB-nin rolunun böyük olduğunu bildirib. O, DB tərəfindən respublikada 50 layihə üçün 2,6 mlrd. ABŞ dolları həcmində maliyyənin ayrıldığını və bu günə qədər bunlardan 26-nın icrasının başa çatdırıldığını qeyd edib.

    Dünya Bankının sərəncamçı direktoru, xanım Nqozi Okonco-İveala Azərbaycana səfərinin məqsədinin maliyyə böhranının Cənubi Qafqaza təsiri məsələlərini müvafiq hökumətlər, inkişaf tərəfdaşları və vətəndaş cəmiyyəti ilə müzakirə etmək, böhrandan çıxış və davamlı iqtisadi artımın təmin edilməsi yollarını müəyyənləşdirməkdən ibarət olduğunu bildirib. O, qeyd edib ki, DB bu ölkələrin qarşısında duran vəzifələrin həllinə yardım göstərməyə çox fəal şəkildə cəlb olunub. “Bank Cənubi Qafqazda və dünyanın hər bir yerində insanların həyat şəraitinin yaxşılaşdırılmasına kömək edir. Biz birlikdə böhranının təsirini yumşalda və ölkələri yeni artım, inkişaf və sosial tərəqqi trayektoriyasına istiqamətləndirə bilərik”,-deyə Okonco-İveala söyləyib. Okonco-İveala səfər zamanı ölkə rəhbərliyi, yüksək səviyyəli hökumət rəsmiləri, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri ilə bir sıra görüşlərin keçirilməsinin planlaşdırıldığını da vurğulayıb. Forum zamanı Azərbaycanın qlobal miqyasda rəqabətə davamlı iqitsadiyyata malik olan yuxarı-orta gəlirli ölkəyə çevirilməsi üçün lazım olan məsələlər müzakirə edilib. DB rəsmisi bu Forumun həmçinin bankın Azərbaycanla 2011-2014-cü illər üzrə Tərəfdaşlıq Strategiyasının elementlərini müəyyənləşdirməyə kömək etdiyini əlavə edib. Qeyd edək ki, DB bu yaxınlarda Ermənistanla (iyun 2009) və Gürcüstanla (sentyabr 2009) Ölkə Tərəfdaşlıq Strategiyalarına (ÖTS) start verib. Hazırda bank Azərbaycanla yeni strategiya üzərində çalışır. Xatırladaq ki, bu günədək Dünya Bankı Ermənistana 54 layihə üçün təqribən 1,3 mlrd. ABŞ dolları, Gürcüstana ayrılan vəsaitin həcmi 46 layihə üçün təqribən 1,2 mlrd. ABŞ dolları təşkil edir. Azərbaycanla yeni ÖTS cari proqramın nəticə və nailiyyətlərinə əsaslanacaq. Hazırkı strategiya 2,2 mlrd. ABŞ dolları məbləğində investisiyaları nəzərdə tutur. Yeni strategiya hökumət və vətəndaş cəmiyyəti ilə sıx məsləhətləşmə şəraitində hazırlanacaq və ölkənin qısa və uzunmüddətli prioritetlərinə nail olunması məqsədini güdəcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 777
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30