Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda beynəlxalq konfrans başlayıb
17.04.10 02:21

Bu gün Avropa otelində, “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfrans Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Fransanın “Avrasiya - Yeni Üfüqlər” təşkilatı tərəfindən təşkil edilib. Tədbirdə çıxış edən “Avrasiya Yeni Üfüqlər” Təşkilatının sədri Tyeri Mariani bildirib ki, son illər Azərbaycanın bir sıra sahələrdə olduğu kimi, ictimai-siyasi həyatında da müvəffəqiyyətləri var. O, payızda keçiriləcək parlament seçkilərinin də demokratik başa çatacağına inandığını vurğulayıb.Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanın 90-ci illərdəki müstəqillik tarixinə diqqəti çəkib və bildirib ki, ölkəmizin hələ o dövrdə seçdiyi yol demokratik pinsiplərə sadiqliyini bir daha dünyaya nümayiş etdirdi. Həmin illərdən bəri ölkəmizdə demokratik quruculuq istiqamətində köklü islahatların aparıldığını xatırladan Ə.Həsənov Azərbaycanda Konstitusiyanın qəbul edilməsi, prezidentin xalq səsverməsi ilə seçilməsi, Avropa standartlarına uyğun məhkəmələrin formalaşdırılması, Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatların tövsiyyələri nəzərə alınmaqla təkmil Seçki Məcəlləsinin hazırlanması və digər istiqamətdə görülən işlərdən bəhs edib. Ə.Həsənov hazırda Azərbaycanda 45 siyasi partiya, 3 minə yaxın QHT, eyni sayda KİV-lərin qeydiyyatdan keçərək fəaliyyət göstərdiyini vurğulayıb. O, Azərbaycanda bələdiyyələrin də formalaşdırıldığını diqqətə çatdırıb. Demokratik quruculuq yolunda beynəlxalq təşkilatların tövsiyyələri və təcrübəsindən istifadə edildiyini söyləyən Ə.Həsənov bundan sonra da bu təcrübədən istifadə ediləcəyini vurğulayıb. “Azərbaycan demokratik səviyyədə seçki keçirməyə qadirdir. Bununla bağlı daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən insanların hüquqlarının qorunması bunu deməyə əsas verə bilər. Azərbaycanda hər bir insan özünün seçib seçilmək hüququnu reallaşdırmaq imkanına malikdir”,-deyən Ə.Həsənov seçki yarışı istiqamətində namizədlərə hər cür şəraitin yaradılacağını ifadə edib. AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı təmsil olunduğu qurumun təkliflərini diqqətə çatdırıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə iştirakçıların diqqətini əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib və bildirib ki, özlərini demokratiya carçısı hesab edən ölkələr bu münaqişəyə ikili standartlardan yanaşmamalıdırlar. Qeyd edək ki, konfrans davam edir.
URL / WWW
http://kelam.az/article/a-1067.html