Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bakıda “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda beynəlxalq konfrans başlayıb
    Bu gün Avropa otelində, “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfrans Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Fransanın “Avrasiya - Yeni Üfüqlər” təşkilatı tərəfindən təşkil edilib. Tədbirdə çıxış edən “Avrasiya Yeni Üfüqlər” Təşkilatının sədri Tyeri Mariani bildirib ki, son illər Azərbaycanın bir sıra sahələrdə olduğu kimi, ictimai-siyasi həyatında da müvəffəqiyyətləri var. O, payızda keçiriləcək parlament seçkilərinin də demokratik başa çatacağına inandığını vurğulayıb.

    Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanın 90-ci illərdəki müstəqillik tarixinə diqqəti çəkib və bildirib ki, ölkəmizin hələ o dövrdə seçdiyi yol demokratik pinsiplərə sadiqliyini bir daha dünyaya nümayiş etdirdi. Həmin illərdən bəri ölkəmizdə demokratik quruculuq istiqamətində köklü islahatların aparıldığını xatırladan Ə.Həsənov Azərbaycanda Konstitusiyanın qəbul edilməsi, prezidentin xalq səsverməsi ilə seçilməsi, Avropa standartlarına uyğun məhkəmələrin formalaşdırılması, Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatların tövsiyyələri nəzərə alınmaqla təkmil Seçki Məcəlləsinin hazırlanması və digər istiqamətdə görülən işlərdən bəhs edib. Ə.Həsənov hazırda Azərbaycanda 45 siyasi partiya, 3 minə yaxın QHT, eyni sayda KİV-lərin qeydiyyatdan keçərək fəaliyyət göstərdiyini vurğulayıb. O, Azərbaycanda bələdiyyələrin də formalaşdırıldığını diqqətə çatdırıb. Demokratik quruculuq yolunda beynəlxalq təşkilatların tövsiyyələri və təcrübəsindən istifadə edildiyini söyləyən Ə.Həsənov bundan sonra da bu təcrübədən istifadə ediləcəyini vurğulayıb. “Azərbaycan demokratik səviyyədə seçki keçirməyə qadirdir. Bununla bağlı daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən insanların hüquqlarının qorunması bunu deməyə əsas verə bilər. Azərbaycanda hər bir insan özünün seçib seçilmək hüququnu reallaşdırmaq imkanına malikdir”,-deyən Ə.Həsənov seçki yarışı istiqamətində namizədlərə hər cür şəraitin yaradılacağını ifadə edib. AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı təmsil olunduğu qurumun təkliflərini diqqətə çatdırıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə iştirakçıların diqqətini əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib və bildirib ki, özlərini demokratiya carçısı hesab edən ölkələr bu münaqişəyə ikili standartlardan yanaşmamalıdırlar. Qeyd edək ki, konfrans davam edir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 486
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30