Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil naziri Misir Mərdanov meydanda tək qalıb
02.04.10 22:26

Çox təəssüf ki, Azərbaycanda rəsmi vəzifə tutan adamlar da son vaxtlar cəmiyyətdə belə bir fikir formalaşdırırlar ki, guya Azərbaycanın təhsil sistemi dağılır, təhsil işçilərinin hamısı rüşvətxordur, Azərbaycan təhsili məhvə gedir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov ali məktəb rektorlarının iştirakı ilə keçirilən kollegiya iclasında söyləyib. M.Mərdanov qeyd edib ki, ən təəssüf doğuran hal isə odur ki, bu ağır və məsuliyyətli işi şərəflə öz çiynində aparan adamlar bu hücumların qarşısında susur. Nazir, Azərbaycanda yüksək təhsil alan kifayət qədər qabiliyyətli şəxslərin olduğunu vurğulayıb. “Hətta böyük vəzifə tutan adamlar rəsmi elan edirlər ki, mənim bu qədər boş yerim var, heç bir nəfər də adam tapmıram ki, götürüm işləsin. Bu söhbətlər dəfələrlə mənim yanımda olub. Mən şəxsən ölkənin təhsil naziri kimi bu fikirlərin hamısını rəsmi surətdə təkzib edirəm və bəyan edirəm ki, bu gün Azərbaycanda kifayət qədər qabiliyyətli gənclər var”,-deyən M.Mərdanov qabiliyyətli gənclərin ən nüfuzlu universitetlərə daxil olmasından da bəhs edib. “Hazırda azərbaycanlı tələbələr ən yüksək balla Amerika və Kanada universitetlərində təhsil alırlar. Hətta Alman Akademik Mübadilə Proqramı çərçivəsində təhsil alan Azərbaycan tələbələri arasında Almaniyanın ən məşhur klinikasında işə dəvət olunanlar var. Belə gənclərin sayı minlərlədir. Kim yetişdirib bu gəncləri? Yerdən bitib? Onlar Azərbaycan müəlliminin və məktəbinin hesabına yetişib. Təəssüf ki, çoxlarının gözü bunları görmür. Təəssüf ki, heç bir ali məktəb rəhbərinin bu görməməzliklərə qarşı çıxdığını görmədim. 15 ildir biz hamımız bir yerdə gecə-gündüz çalışıb Azərbaycan təhsilini öz çiynimizdə irəliyə doğru aparmışıq və aparırıq. Əlbəttə ki, bu işləri prezidentin dəstəyi ilə həyata keçirmişik. Amma bizim bu sahədəki fəaliyyətimizə qara yaxırlar. İmkan verməyin ki, kimsə, təhsilin səviyyəsi barədə həqiqətə uyğun olmayan fikirləri həqiqət kimi ictimaiyyətə təqdim etsin. Demək olar meydanda tək qalmışam, heç kəs təhsilə qara yaxanlara cavab vermir”,-deyən nazir pedaqoji ictimaiyyətin bu məsələlərə qarşı susmasından təəssüfləndiyini dilə gətirib.
URL / WWW
http://kelam.az/article/a-1001.html