Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Təhsil naziri Misir Mərdanov meydanda tək qalıb
    Çox təəssüf ki, Azərbaycanda rəsmi vəzifə tutan adamlar da son vaxtlar cəmiyyətdə belə bir fikir formalaşdırırlar ki, guya Azərbaycanın təhsil sistemi dağılır, təhsil işçilərinin hamısı rüşvətxordur, Azərbaycan təhsili məhvə gedir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov ali məktəb rektorlarının iştirakı ilə keçirilən kollegiya iclasında söyləyib. M.Mərdanov qeyd edib ki, ən təəssüf doğuran hal isə odur ki, bu ağır və məsuliyyətli işi şərəflə öz çiynində aparan adamlar bu hücumların qarşısında susur. Nazir, Azərbaycanda yüksək təhsil alan kifayət qədər qabiliyyətli şəxslərin olduğunu vurğulayıb. “Hətta böyük vəzifə tutan adamlar rəsmi elan edirlər ki, mənim bu qədər boş yerim var, heç bir nəfər də adam tapmıram ki, götürüm işləsin. Bu söhbətlər dəfələrlə mənim yanımda olub.

    Mən şəxsən ölkənin təhsil naziri kimi bu fikirlərin hamısını rəsmi surətdə təkzib edirəm və bəyan edirəm ki, bu gün Azərbaycanda kifayət qədər qabiliyyətli gənclər var”,-deyən M.Mərdanov qabiliyyətli gənclərin ən nüfuzlu universitetlərə daxil olmasından da bəhs edib. “Hazırda azərbaycanlı tələbələr ən yüksək balla Amerika və Kanada universitetlərində təhsil alırlar. Hətta Alman Akademik Mübadilə Proqramı çərçivəsində təhsil alan Azərbaycan tələbələri arasında Almaniyanın ən məşhur klinikasında işə dəvət olunanlar var. Belə gənclərin sayı minlərlədir. Kim yetişdirib bu gəncləri? Yerdən bitib? Onlar Azərbaycan müəlliminin və məktəbinin hesabına yetişib. Təəssüf ki, çoxlarının gözü bunları görmür. Təəssüf ki, heç bir ali məktəb rəhbərinin bu görməməzliklərə qarşı çıxdığını görmədim. 15 ildir biz hamımız bir yerdə gecə-gündüz çalışıb Azərbaycan təhsilini öz çiynimizdə irəliyə doğru aparmışıq və aparırıq. Əlbəttə ki, bu işləri prezidentin dəstəyi ilə həyata keçirmişik. Amma bizim bu sahədəki fəaliyyətimizə qara yaxırlar. İmkan verməyin ki, kimsə, təhsilin səviyyəsi barədə həqiqətə uyğun olmayan fikirləri həqiqət kimi ictimaiyyətə təqdim etsin. Demək olar meydanda tək qalmışam, heç kəs təhsilə qara yaxanlara cavab vermir”,-deyən nazir pedaqoji ictimaiyyətin bu məsələlərə qarşı susmasından təəssüfləndiyini dilə gətirib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 475
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30