Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Xalq artisti Telman Adıgözəlov 57 yaşında vəfat edib
15.04.10 17:19

Bu gün gecə saat 04:00 radələrində Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Telman Adıgözəlov 57 yaşında vəfat edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya açıqlamasında Milli Dram Teatrın direktoru Maqbet Bunyatov verib. T.Adıgözəlovun dünən bütün günü teatrda olduğunu diqqətə çatdıran M.Bunyatovun sözlərinə görə, aktyor gecə saat 01.00 radələrində qızına özünü pis hiss etdiyini və yatmaq istədiyini bildirib. Aktiyorun bu gün gecə saat 04.00 radələrində vəziyətinin ağır oluğunu görən ailəsi təcili yardım çağrıb. Lakin həkimlər aktiyorun evinə gəlincə, onu xilas edə bilməyiblər. M.Bunyatov teatr təmirdə olduğu üçün, aktyoru bu gün saat 15:00-da evindən dəfn olunmağa aparılacağını bildirib. Qeyd edək ki, T.Adıgözəlovun infarktdan dünyasını dəyişdiyi bildirilir.
URL / WWW
http://kelam.az/news/a-995.html