Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » YUNESKO ekspertləri AMEA-da islahatların aparılması ilə bağlı təkliflər hazırlayıb
30.03.10 19:44

Azərbaycan Milli Elmlər Akademiyasında islahatların aparılması ilə bağlı YUNESKO ekspertlərinin Azərbaycana səfəri hələlik baş tutmayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov söyləyib. Onun sözlərinə görə, ekspertlər Azərbaycana yanvar ayında gəlməsi nəzərdə tutulsa da, hələlik gəlməyiblər. “YUNESKO ekspertlərin fəaliyyətini maliyyələşdirməlidir. Hələ bu məsələ öz həllini tapmayıb. Ekspertlər təkliflərini hazırlayıblar, amma bu təkliflər hələlik bizimlə müzakirə olunmayıb”,-deyən M.Kərimov Azərbaycanda elmə maraq göstərən gənclərin sayının az olmasının səbəbini də açıqlayıb. “Bu sahədə məvaciblər aşağıdır, alimlərin, xüsusilə də gənc alimlərin sosial təminat məsələləri hələ istənilən səviyyədə həll olunmur. Onların yataqxana, mənzillə təminatı, əmək haqqı, təqaüd məsələləri kompleks həllini tapandan sonra yəqin ki, elmə maraq da artacaq”,-deyə M.Kərimov vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-926.html