Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » TQDK Naxçıvan MM prokurorluq orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirir
30.10.09 21:58

Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq Naxçıvan Muxtar Respublikası prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İşə qəbulla bağlı sənədlərin qəbulu cari ili naprel ayının 1-dən avqustun 1-dək aparılıb, 14 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 62 nəfərin namizədliyi qeydə alınıb. Test imtahanı 3 saat davam edəcək və imtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq. İxtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılacaqlar. İmtahanın nəticələri TQDK-nın (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək.
URL / WWW
http://kelam.az/news/a-92.html